Microsoft Word Yeni kitab A5-son docx


“Payız sevgisi”, “Yağışdan sonra”, “Uşaqlıq alması” , “Vik-



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə18/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   14   15   16   17   18   19   20   21   ...   125
“Payız sevgisi”, “Yağışdan sonra”, “Uşaqlıq alması” , “Vik-
tor Xaranın Monoloqu”  şeirlərinin tərcüməsi daha uğurlu 


 
42 
alınıb.Zənnimcə, burada başlıca amillərdən biri tərcüməçi ilə 
şeir müəllifinin mənəvi yaxınlığı, onlar arasında ruhsal təmasın 
mövcudluğudur. Nədən ki, müvəfəqiyyətli “iş birliyinin” alın-
ması üçün mütərcim tərcümə etdiyi şəxsin daxili aləminə bələd 
olmalı, onun yaradıcı dünyasına qaynayıb-qarışmalıdır. Əlbət-
tə, bu qənaəti bizdə yaradan mütərcimin tərcümədən  əvvəl 
oxucuya ünvanladığı, şeir müəllifi ilə olan məhrəm münasibə-
tindən bəhs edən qeydləri deyil. Tərcümə ona görə alınıb ki, 
burada həm müəllif və tərcüməçi yaxınlığı, həm də orijinaldakı 
və  tərcümə olunan şeirdəki poetik yaşamın varlığı bir-birinə 
qaynayıb-qovuşmuş haldadır.  
Şekspirin alman dilinə  məşhur tərcüməçisi  Avqust  Şleqel 
XVIII əsrin axırlarında tərcüməylə bağlı yazırdı: «Tərcümə — 
ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən, 
ya da tərcümə olunan uduzur». Yaxud tərcüməni  şüşə altında 
saxlanan qızılgülə də bənzədənlər var. Yəni, gözəlliyini görsən 
də ətrini duymaq mümkün olmur. Məncə, yaxşı, peşəkarcasına 
tərcümə olunmuş  əsər oxucuya onun ətrini, rayihəsini də 
qoxlamağa imkan verir. Bu xüsusda, 2010-cu ilin tərcümələri 
sırasında dəyərləndirmək gərəkən daha bir imza sahibi İlqar 
Fəhmidir. Ilqar Fəhmi yazıçıdır, son dövrlərin  ən məhsuldar, 
istedadlı yazarlarından biridir. Belə bir məhsuldarlıq və peşə-
karlıq göstəricisi onun bədii tərcümələrinə də şamil oluna bilər. 
Ötən il “Ulduz” jurnalında İlqar Fəhminin çevirməsində Albert 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin