43 vun “İşıldaquş” hekayəsinin tərcüməsində belə bir yer var: “ Təzə-təzə o heç kimlə münasibət qurmurdu, sakit, tutqun qız idi, yalnız gecələr yarıyuxulu halda yerindən qalxıb isterika qaldırırdı. Yuxularına haram qatdığına görə uşaqların çoxu- nun Maşadan xoşu gəlmirdi, ondan yan qaçırdılar.Yalnız Nad- ya ondan üz çevirmədi, gecələr Maşa isterika içində yuxudan oyanıb çığır-bağır salanda Maşa onu qucaqlayıb bağrına basır, sakitləşdirməyə çalışırdı”( N-12, səh. 89), yaxud “Mə- lum oldu ki, Maşanın valideynləri alkoqolik olublar.”Burada
diqqətimizi cəlb edən nəsnə mütərcimin isterika və alkoqolik sözlərini çevirmədə olduğu kimi saxlamasıdır.Əlbəttə, nümunə
kimi göstərdiyimiz hər iki sözə bizim milli yazarlarımızın öz
əsərlərində də rast gələ bilərik. Lakin söhbət tərcümədən
gedirsə bu məqamlara daha artıq həssas olmalı, son məqama
qədər hər sözün milli dilimizdəki çalarlarını axtarmalı, çevir-
məyə ana dilimizin tələbləri əsasında yanaşaraq daha uyar və
münasib olanını seçməliyik. Məsələn, yuxarıdakı tərcümə mət-
nində “isterika” sözünün olduğu kimi saxlanması bizi narahat
etmir ona görə ki, bu sözün ən münasib olan tərcümə variantı –
“hay-küy” sözüdür, bu isə mətndə qəhrəmanın ruhi-psixoloji
vəziyyətini ifadə eləmək, sərgiləmək üçün o qədər də əlverişli
səslənmir, düşünürük ki, “isterika” daha münasib və məntiq-
lidir. Amma “alkoqolik”i müəllif əyyaş, yaxud içki düşkünü
sözü ilə əvəz edə bilərdi.
2010-cu ildə çap olunan tərcümə materiallarına uğurlu bədii
nümunə kimi “İrəli” Ədəbi Məclisinin “Almanax”ını qeyd
etmək olar. Kitab “İrəli” İctimai Birliyi tərəfindən Azərbay-
canda gənc yazarların dəstəklənməsi məqsədilə yaradılan
“İrəli” Ədəbi Məclisinin “Gənc yazarların əsərlərinin çap edil-
məsi” layihəsi çərçivəsində meydana gəlmişdir.
“Almanax”da gənc yazarların poeziya və nəsr nümunələri
ilə yanaşı tərcümə əsərləri də yer alıb. Etiraf edək ki, gənc
olmaqlarına baxmayaraq, bu gənclər bir yazımızda qeyd
etdiyimiz kimi yolun uğurlu başlanğıcından xəbər verirlər, elə
tərcümə elədikləri əsərlərdə də həssaslıq, ədəbi fakta məsuliy-