61
Heca vəznində qələmə alınan bu şerdəki səmimiyyətin,
emosionallığın mənbəyi şairin lirik duyğular aləminə, poetik
ruhuna bağlılığındadır. Burada sərt metafora yaradılır, insan tə-
biətlə müqayisə olunur, təbiətlə eyniləşir və onda əriyir, itir.
Burada təbiətin insana, yoxsa insanın təbiətə can verməyi hiss
olunmur,insan və təbiət vəhdət halında canlı və qüdrətli obraz
səciyyəsində təcəssüm olunurlar.
Ç.Əlioğlunun “Ən böyük sevgim” şerində isə müəllifin mə-
nəvi axtarışlarının digər təzahürlərinə şahid oluruq. Doğma
dilimizə sevgi və mühafizəkarlıq, onu milli varlığımızın əsas
yaşam göstəricisi kimi dəyərləndirmək hissi lirik “mən”in
yaşadığı ən qüvvətli və səmimi hisslərdəndir:
Zaman, axan nəhr, bərəçi mənəm,
Səndən-sənə yolda bələdçi mənəm.
Havan avazımda, sədan ədamda,
Nə qədər oxşarlıq olar adamda?!
Hər azan sözünün, itən səsinin,
Heç dilə gəlməyən yeni kəlmənin
Ardınca iz tutan ləpirçi mənəm.
Yaşa, Ana Dilim, Zindanda hətta
Sənə zindan döyən dəmirçi mənəm!
* * *
1990-cı illərin sonlarından ədəbiyyata eksprimentçi şeirin
qanadında gəlmiş Narıngül, Nisəbəyim, Əlizadə Nuri, Böyük-
xan Pərviz, Qulu Ağsəs, Həyat Şəmi və b. şairlərin şeirlərində
estetik yaxınlıq hiss olunur. Müəyyən sosial, ictimai-siyasi ça-
larların mövcudluğuna rəğmən bu şairlərin şeirlərinin əsas sü-
tunu dekadans ovqatıdır: mənəvi təklik, özünüaxtarış, Tanrıya
dua-yalvarış, ömrün faniliyi, puçluğu haqqında qənaətlər və s.
Nisəbəyimin şeirlərində fəlsəfi notlar dünya-insan münasi-
bətlərinə, idiomalar üzərinə köklənir. Burada əbədi olmayan
dünyaya təşnəliyin tənqidi, hissin, düşüncənin psixoloji ladda
gərginliyi əsas göstəricidir:
62
Bu qarışıq dünyaya,
Aşiq-məşuq dünyaya,
Ac, bulaşıq dünyaya
Nədir bu aludəlik
Şerdəki ovqat mühakimə motivi üstdədir. Əslində buna mü-
hakimə də demək olmaz. Sadəcə insan şüuru dünyanı müəyyən
dərk məqamına yetəndə, onun içindəki «mən» mənəvi-ruhani
müstəviyə keçəndən sonra bütün baxış sistemi təbəddülata
məruz qalır:
Bu dünyanın yuxusuna
Bircə dəfə gəlir adam.
Oyananda öz əksinə
Bircə dəfə gülür adam.
Ömrün qalib olduğunu,
Çəkənin qəlb olduğunu,
Dünyanın qəlp olduğunu,
Bircə dəfə bilir adam.
Nisəbəyim ümumiyyətlə, poeziyada üslub özünəməxsuslu-
ğunu yaradan şairdir. Zamana, həyata və cəmiyyətə münasi-
bətdə fəlsəfi qənaətlərinin estetik tutumu onu digərlərindən
fərqləndirir. Amma son zamanlar şairənin yaradıcılığında boy
artımı, maraqlı olan nəsnənin qeyri-adiyə çevrilişi əvəzinə
daralma, təsir tendensiyası hiss olunur. Şeirlər poetik strukturu,
deyim tərzi, poetik ideya və obrazlar aləmi ilə konstruksiyalı
şeir modeli əsasında işləndiyini büruzə verir. Bu, yuxarıdakı
şeirdə aşkar hiss olunurdu. Daha bir nümunəyə diqqət edək:
Dayan indi gəlirəm
Gözlə, yükümü yığım,
Dağıtdım ömürdən
Qalan tikəmi yığım.
63
Tənhalıqdan gözümü,
Candan-canımı yığım,
Qorxulardan yuxumu,
Yerdən qanımı yığım.
Zənnimcə, ədəbi təsir yaradıcılın ilk, başlanğıc mərhələsi
üçün qəbul ediləndir. Sonradan hər şair (təbii ki, istedadı buna
imkan verirsə) özünə çıxmalı, iç dünyasından bəhrələnməlidir.
Nisəbəyim başlanğıcdan özü olan, ifadə tərzi və fikrin yeniliyi
ilə seçilən şairlərimizdəndir. Hər halda istərdim ki, şairə bir
neçə il öncə yazdığı bu şeirində olduğu kimi həmişə maraqlı və
orijinal görünsün:
Yaşım qədər yaşamadım,
Hər zaman hər yerə tələsən quşlar kimi,
Ürəyimdən çıxmağa tələsdim.
Tələsdiyimdən
Bir az gəncliyimə gecikdim,
Bir az yetkinliyimə,
Bir az qocalığıma gecikdim
Tələsə-tələsə özümə, ömrümə
Gecikdim.
Narıngülün şeirlərində daha çox qadın dünyasının, qadın yaşa-
mının ekzistensiyası yaradılır, naturfəlsəfi məqamlara diqqət
yönəltməklə qadının mənəvi sarsıntı və yaşantısı ictimai-psixoloji
müstəviyə çıxarılır. Başqa sözlə desək Narıngülün lirik qəhrəmanı
Aqşin şeirinin predmeti olan «içi şəkil dolu» qadınlardandır.
Çıxıb gedəcəyəm
Ürəyim adam izdihamı,
Ürəyimdə sevgi izdihamı,
Çıxıb gedəcəyəm üzü
Qurumağa
Sən heç
|