86
səkkiz hekayədən üçü Malena məqamına vurğuludur. C.Zey-
nallının “Qolsuz qırmızı don”, M.Mövludun “Son zəng” və
Nahidin “Gecə saat 12-dən sonra” hekayələri mövzusunu yüngül
sevgi hekayətləri üzərində kökləyir, yeniyetməlik dövrünün çılğın
sevgi macəraları hekayələrdə romantik-sentimental bir pafosla
ifadə olunur. Bu hekayələrdə gəncliyin ruhu, coşğusu ilə onların
mənalanması arasında oxşarlıq var. Mövludda problemin poezi-
yası ehtiva
olunursa, Nahiddə bu məqam fəlsəfi çalar alır. Ç.Zey-
nallıda isə problemə yanaşma sırf proza müstəvisindədir.
Pərvinin “Fiona”, G.Eminlinin “Qəribə qız” hekayəsi qadın
yaşamının ekzistensiyasına köklənir. Bu hekayələrdə təklik
mövzusu yeni təzahür məqamına yüksələ bilməsə də qadın ya-
şamının səmimi mənalanması baxımından maraqlıdır. Pərvində
bu iç dünyaduyumunun çözümünə ayna tutursa, “Qəribə qız”da
bu məqam “içəyıxılma”nın başqa-hamıdan fəqli yaşam ger-
çəklərinə söykənmiş tərəflərini görükdürmək, fərdi-fərqli olma-
ğa çaba etmək məqamı ilə çevrələnir.
Jurnalda daha bir hekayə Sahilənin “Dörd plastmas ağ qab”
hekayəsidir. Mən Sahilənin “Zemi”
povestini oxuyarkən on-
dakı fərqi dünyaduyumu hiss eləmiş və müəllifin realizmindəki
dolğun ifadəni dəyərləndirmişdim. Təbrizlə bağlı miniatür löv-
hələr, tarixi gerçəklərin, tarixin Azərbaycan məkanı üçün görk
etdiyi taleyüklü məqamların canlı təsvir olunması bu yazarın
düşüncə hüdudlarının genişliyini sərgiləyirdi. Hələ bir qədər də
əminliklə deyim ki, Zemi bizim ədəbiyyatımız üçün yeni qadın
obrazı idi, düşüncə mədəniyyəti, həyata yanaşma və yaşam
fərqliliyi ilə. Sahilənin “Dörd plastmas ağ qab” hekəyəsində isə
predmet başqadır: dünyasını dəyişən bir qızın orqanlarının ona
ehtiyacı olan dörd şəxsə köçürülməsi və bu situasiyada atanın
kövrək duyğuları, acı nisgili. Hekayə dünya nəsrində artıq isti-
fadə edilmiş hazır model əsasında yazıldığı təəssüratı doğurur,
müəllif daha çox bədii montaj effektindən
yararlanmaqla oxu-
cunu hər addımda gərginlikdə saxlamağa, onu heyrətləndir-
məyə çalışır. Amma hekayədəki psixoligizm dərinə işləmir,
hekayə daha çox zahiri - sosial-ictimai məqamlara toxunub
keçməklə, nominal səviyyə ilə məhdudlaşır.
87
Z.Şəfinin “Heykəltəraş” hekayəsi bəzi motivlərindən mənə
Azər Abdullanın “Çavuş” hekayəsini xatırlatdı. Hər iki heka-
yədə müharibənin
fərqli tərəfləri göstərilir, müharibə dəhşətləri
ilə üzləşən, ön cəbhədə vətənin müdafiəsi üçün çaba göstərən
əsgərin evə dönüşündə üzləşdiyi gözlənilməz səhnələrin təsviri
sərgilənir. Hərçənd “Həykəltəraş” hekayəsi daha dərin, sosial-
siyasi, bir qədər də fəlsəfi-psixoloji
məqamlara toxunan mətn-
dir. Burada müharibə reallıqlarının sərt dramatizmi və psixo-
logizmi var. Hekayədə müharibədə əsir düşən, xoş bir təsadüf
nəticəsində ondan qurtulmağa müvəffəq olan bir əsgərin şə-
hərə, öz ailəsinin yanına qayıtdığı zaman baş verən proseslər,
müharibənin qurbana çevirdiyi bir insanın
mənəvi-psixoliji
vəziyyəti, üzləşdiyi laqeydlik qarşısında sarsıntısı nəql edilir.
Yanına qayıtdığı ailəsi, vətəni üçün bu əsgər illər öncə torpağı
uğrunda can nisar edərək şəhid olmuş milli qəhrəmandır. Mə-
lum olur ki, heç kəs, nə vətən, nə doğma ailəsi onun varlığını
qəbul eləmək iqtidarında deyil. Daha doğrusu, onlara bunun
belə olması sərf eləmir. Ailəsi üçün bu, xoş yaşayışı, milli qəh-
rəman ailəsi olaraq təmin olunduqları rifahı itirməyə bərabər-
dir. Belə olan təqdirdə əsgər nə etsin, çıxış yolu hansıdır?
Hekayədə qəhrəmanın
psixoloji durumu, onun mühakimə ilə
süslənmiş daxili monoloqları təsirli və inandırıcı verilmiş, eləcə
də müəyyən sosial-siyasi lövhələr, müharibə illərinin Bakısı ilə
səciyyəvi xüsusiyyətlər dəqiq ifadəsini tapmışdır: “Şəhər o biri
üzündən xəbəri olmayan medalyon kimidi”. Əslində, hekayə-
nin ideyası başqadır, burada heykəl obrazını simvola
çevirmək
istəyi öz uğurli həllini tapmır. Deyək ki, özlüyündə çox maraqlı
hekayə kimi alına bilən “Heykəltəraş”a müəllifin sonda təsvir
elədiyi heykəllərlə bağlı təsvirləri, mühakimələri bir yamaq
kimi görünür. Yəni, burada şəhəri başına alan heykəlləşmə pro-
sesi, düzəldilən heykəllərin insanın özünə oxşamaması, mahiy-
yət baxımından insanın içi ilə tərs
mütənasibliyini vurğulamaq
əsas ideya olsa da realizəsi həllini tapmır.. Milli, sosial-ictimai
gerçəklik nədən ibarətədir, səbəbi, dayaqlandığı məntiqi nədir-
bu hekayədə görünmür. Müəllif zahiri detallalrla işləyir, o
qədər ki, bu zahiri həyatın üst qatından götürəndə daxili təsvir