Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə35/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   31   32   33   34   35   36   37   38   ...   125
 
* * * 
Göründüyü kimi, gənc  şairlərin  şeirlərində  təqdirəlayiq po-
zitiv çalarlar var: maraqlı metafora polifoniyası yaratmaq, 
fərqli, təzadlı görüntülərə orijinal, məcazi yük, simvolik məna 
siqləti aşılamaq və s. Bu şerlərin bir qismində həyata .və dün-
yaya baxışımıza yeni rənglər, çalarlar əlavə olunur, onların ye-
ni biçim və ahəngdə sərgilənməsinə yol açır.  
Amma təbii ki, qüsurlar və çatışmazlıqlar da var. Ümumi 
halda çatışmazlıqlara varsaq, deyə bilərik ki, təsirlənmə əlamət-
ləri, eyni model içrə hərəkət, öz fərdi hisslərini yara bilməmək 
kimi xüsusiyyətlər Gənc Ədiblər Məktəbinin təmsilçilərinin bir 
qisminin şeirləri üçün xarakterik xüsusiyyətdir. Gənclərin şeir-
lərində bəzən semantik harmoniya itir, zahirən bir-birinə uygun 
olmayan sözlər arasında assosiativ bağlılıq belə görünmür, yeni 
formada yeni məzmun qatı yaratmaq cəhdi hiss olunmur. Belə 
hallarda şeirlərdəki fikri əlaqələr yarımçıq, predmetə münasibət 
bəsit və  məzmunsuz təsir bağışlayır. Eləcə  də, fikir məhdud-
luğu, poetik fikrin ifadəsində zəiflik, yaxud bədii ümumiləşdir-
mələrin zəifliyi bu şeirlərin bir çoxunu öz kölgəsinin üstündən 
üçmağa imkan vermir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin