Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə43/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   39   40   41   42   43   44   45   46   ...   125
S.Rüstəmxanlı “Xarici”yə etiraz edir, B.Sadiq “Hələ də mazu-
ta bulaşmış  əllərimi axtarıram, dostum ingilisin ciblərində...” 
deyir,  Salam Sarvan “Belə  də ölkə olar, ərazisi neft quyula-
rının dərinliyindən, məscid minarələrinin hündürlüyünəcən”- 
deyə heyrət edir, X.Hüseynzadə “bu şəhərin göydələn burnu 
/havalarda, dostum... /Göz oxşayan parklar da/ yabançı bizə. 
/Daha ot da kökü üstə birmir / bu şəhərdə. /Xaricdən gətirirlər... 
/Burası bizə görə deyil, dostum, /Gedək burdan...” təklifini 
edir,  Sabir Sarvan “Hər  şey yenidir şəhərimizdə /Qabaq 
dişləri çoxdan çürüyən,/ Durmadan çörək dalınca yürüyən 
/Fəhlələrdən savayı” misralarında kinayə, qəzəb, ittiham tonu 
ilə düşüncələrini bölüşür. Bir sözlə, Bakının obrazı, onun yad-
laşan, yaddaşsızlaşan görkəmi şeirimizə gəlməyə başlayır, özü 
də necə varsa eləcə: haşiyəsiz-boyasız, sərt neqativləri və mü-
rəkkəbliyi ilə. Bu mövzu poeziyamızın ictimai-sosial məqam-
lara mövqeyinin güclənməsinə  təsir göstərməklə yanaşı, onun 
axtarışlarına yeni istiqamət aşılamışdır. Bu şeirlərdə əsas, fərqli 
olan nəsnə  şəhər, vətən anlayışlarının dünəndən fərqli  şəkildə 
sərgilənməsidir. Onlarda şəhər, daha geniş kontekstdə  vətən 
anlayışının  şeirə  gətirilməsi məqamı daha çox üsyan, etiraz 
xarakteri daşıyır. Hətta bu etirazı bir qədər  əvvəlki dövrün
müstəqillik dönəminin ilk on ilinin poeziyasındakı revanşist 


107 
ovqatla, ondakı radikal mövqe ilə müqayisə eləmək də olar. 
Həmin dönəmdə poetik fikrimzi zəbt edən, daha dərinlərə 
işləyən balta, kəsər indi daha çox etirazı sakit, həlim  şəkildə 
deyib keçmək ədasına verib. 
Gənc  şair Qismətin 2011-ci ildə  işıq üzü görən “Meqapolis 
hüznləri” kitabındakı şeirlər “sürətlə meqapolisə çevrilən Bakının 
yeni kodlarını,  şifrələrini nişan verir.” Qismət  şeirlərində yeni 
dünyanın, yeni insanın, yeni Bakının poetik lövhəsini yaradır. Bu 
sadəcə, təsvir etmək, az qala hamımıza tanış  mənzərələrin, 
problemlərin, lövhələrin sözdə  sərgilənməsi deyil, bu həm də 
poeziyanın yeni düşüncə, yeni poetik nəfəs orbitindən zamana 
çıxışıdır. Qismətin şeirlərində Bakının obrazı ictimai-siyasi, sosial 
müstəvilərdən  şeirə  gətirilir. Onun etiraz elədiyi yeniliyin alt 
qatında biz köhnə Bakının portretini görməyə müvəffəq oluruq. 
Qismət heç nə demədən oxucunu o qədimliyə apara bilir. Sanki 
bu nostalji duyguları misraların içinə hörülür, o qədər ki, qal-
dırılan hər layın altında bu hissləri duyub yaşamamaq olmur. 
 
Nədir səni belə qəfil dəyişən,  
De, görüm tufanmı qopub içində ? 
Sən ki, qocaldıqca lap gözəllləşən, 
Gözəl bir qadınsan şəhər cildində…  
 
Götür bu dəsmalı sil o boyanı,  
Səndən olmayana daha qoyma qol.  
Tulla geyindiyin o dikdabanı,  
Bir az balaca ol amma Bakı ol.  
 
“Deyilişin tonu, münasibətin tipi elədir ki, mətn  deklama-
siya çərçivəsindən çıxır, ittiham aktı olmur, yəni bu hər gün baş 
verən hadisələrin ruhumuzda kəsişmə yeri deyilən fikirlərə 
nöqtə qoymur, alt qatdakı dərin məzmunun üzə çıxmasına yar-
dımçı olur. Klassik şeirdəki “ikimərtəbəlik” burada da özünü 
göstərir, bir mərtəbədə seyrçi təsvir, o birində heç kəsə sırımaq 
istəmədiyin düşüncələrin. Qismətin səmimiliyi, onun hadisəyə, 
təsvirə münasibətində aydın şəkildə nəzərə çarpır.” (C.Yusifli)  


 
108 
Çırpmır ! üstündəki torpaqdı, gildi 
Qanmır ki, o əvvəl belə deyildi,  
Bir Allah bilir ki, son neçə ildi  
Xəzərdə üzünü yumur bu şəhər  
Hər tində ümidə bir qəbir qazan,  
 
Adama xəcalət çəkdirən şəhər.  
Şairi acından şeirlər yazan,  
Mollası villalar tikdirən şəhər  
Neyləyim sevməyə bilmirəm səni…  
 
Qismətin əksər şeirləri Bakıdan, burada müşahidə etdiyi ha-
disələrdən, yaxud içərisində yaşatdığı duyğularından, həyat, 
ölüm və dünya ilə bağlı düşüncələrindən yaranan şeirlərdir. 
Qismət bu şeirlərdə, hətta ictimai məzmunla dolu şeirlərində 
belə heç bir hay-küy salmadan sadəcə müşahidəçi mövqeyi 
tutur, naturallığın duyumunu verməyə çalışır, hadisələri, ger-
çəkləri, yaşadıqlarını  şeiri ölçüsündə, məna dərinliyində ifadə 
eləməyə nail olur. Hətta baxın, təbiətin ən gözəl hadisələrindən 
olan yağış  məfhumuna gənc  şairin yüklədiyi bəşəri çözüm nə 
qədər maraqlı və məzmunludur: 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Hamının dərdini yusun aparsın. 
Quşlar qonaq gəlsin mavi Xəzərə, 
Balıqlar evinə yosun aparsın... 
 
Ölüm qapımıza elə gəlsin ki,  
Birini alanda, biri qayıtsın... 
Uşaqların üzü elə gülsün ki,  
Mərmilər utanıb geri qayıtsın. 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Titrəsin evlərin navalçaları... 
Yağmur mələkləri enmişkən yerə, 
Verək aparsınlar tapançaları... 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin