114
mında üzə çıxır. Məsələn, gənc şairlər N.Kamal, G.Mövlud,
S.Pərvanə ekzistensional məqamlara həssasdırlar, bu sırada
onlar üçün qadın da elə əks cins kimi hər növ gücə və statusa,
mövqe və nüfuza layiqdir:
qadınlığıyla barışanları
heç sevmədim
daha sonra yazığım gəldi onlara,
çünki uşaq kimidilər lap
ovcunda ağlayır qadınlar
gözləri ovuclarının içindədi...(S.Pərvanə)
Bu məqam məhz 1990-cı illərdən qabarır və düşüncə selinin
qabağına Azərbaycan qadınının milli obrazını, onun dünənini,
durumunu, aqibətini gətirir. Hər bir halda hədəfdə “vətən
qadınları”dır və gənc nəsil qadının hər növ-məişət, sosial-
ictimai, psixoloji səviyyədə özgürlük qatına israrlıdırlar:
bağışla məni, ana
mən qürbətdə anladım
vətən qadınları necə mənasızdır. (G.Mövlud)
Bu mətnlər yeni sosial ierarxiyada qadına kişidən bir pillə
öndə yer ayırır, sosial kateqoriya baxımından qadını kişidən
zəif hesab eləmir. Ancaq bunun ifadəsi hər yazarda nə qədər
alınır? Yəni bu yanaşmaların hər birində fərdi – fərqi iç du-
yumlarının mənalanması var, bəs bu mənalanmalar nə qədər
ədəbiyyat istedadı zəminində yetişir? Yaxud, belə deyək, poe-
ziya bu kontekstdə Azərbaycan qadınını necə, nə qədər dərin-
likdə, gerçəklikdə, gücdə aça bilir?
Çağdaş poeziyamızda güclənən qadın başlangıclı şeirlər bu
yöndə artıq sabitləşmiş olan qadın təmayülündən danışmağa
əsas verir. E.Eyvazlının “Kişi etirafı”, S.Çılğının “Alaçarpa”,
Feyziyyənin “Mesaj”, X.Hüseynzadənin “Ağ atlı Avropa” kita-
115
bı, G.Mövludun, N.Kamalın, Jalə İsmayılın, Rəsmiyyə Sabirin,
Gülnarə Cəmaləddinin, Sonanın, G.Xəzəlin, Rəbiqənin, Günel
Şamilqızının, A.Əlizadənin şeirləri poeziyada qadın təmayülü-
nün güclənməsinin göstəricisidir. İstedadının gücündən, poetik
həssaslığının dərəcəsindən asılı olmayaraq bu müəlliflərin şeir-
lərini daha çox bir əlamət birləşdirir. Bu kitabların hər birində
qadın yaşamının ekzistensiyası yaradılır, sevgi duyğularının əl
dəyilməyən, mübhəm qalan gizlinlərinə diqqət yönəldilir. O
məqamlar ki, insanın ancaq özü ilə paylaşmağa rəva bildiyi, iç
dünyasının ən həssas, “toxunsan indicə hönkürəsi və qaynayıb
daşası” (Z.Əzəmət) mətləbləridir.
Elnaz Eyvazlının “Kişi etirafı” kitabında bu mövqe sırf sev-
gi münasibətləri zəminində açılır. Bu şeirlərə əslində, bir qa-
dının etirafları, onun iç dünyasının şəkli demək daha doğru.
Kitabda yaradılan sevgi tablosu o qədər əhatəli və zəngindir ki,
burada müəllifin toxunduğu bütün digər mövzular, onun ya-
ğışa, yazı masasına, bomja, həyat və ölümə həsr etdiyi şeirlər
sevən bir ürəyin həssaslıqla təqib qıldığı həyat lövhələri kimi
mənalanır. Elnaz sevən qadının obrazını daha koloritli, psi-
xoloji nüans səhihliyi ilə poeziyaya gətirir.
Ölmüş ümidləri bağrıma basıb
heç kimin eşitməyəcəyi tərzdə ulamaq.
Qollarımı sinəmdə
bir-birinə bağlamaq,
büzüşmək, yığılmaq.
Gözlərim yuxuya gedincə
xısın-xısın ağlamaq.
Elnazın şeirlərində əks cincdən narazılıq bütüb həyatdan
küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qə-
dər loyal mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayə-
ti, bəxtsiz qadın taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəq-
qətinin gücü savaşa deyil, sevməyə və onu kişi kimi etiraf
eləməyə çatır.
116
Getməyin üstünə,
baxmayın dediyinə,
çəkməyin yanında nifrətin adın.
sevmək üçün doğulub
bu Qadın!
Elnaz Eyvazlı hər növ qatlar-ictimai, mənəvi-mədəni, psixo-
loji durum mürəkkəbliyi arasında sevən qadının obrazını yara-
dır. Onun nəzərlərindən bu dünya necə olur, hansı etiraf, etibar
hüdudlarına söykənir və ən nəhayət, sevən qadın olaraq hansı
yolu seçir: ağrıları yenməyin, sabaha atılan inamlı addımlama-
ğın kişi kimi etirafımı, yoxsa yenə də sevən qadın olaraq
ehtiyacında olduğu kişisizliyin etirafı?! Hər iki halda yaşantılar
eynidir, eyni sızıltı, göz yaşı, kədər, məyusluq...
Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum deyir ki,
Bu gecə bir köpək biiz yatmağa qoymayıb.
Qayıt, məni saçlarınla yuvama zəncirlə.
Həsrətindən köpək olduğumu
biləcəklərindən qorxmuram.
Bu gec-tez hamıya çatacaq.
Sahibsiz olduğumu bilsələr,
hərə bir daş atacaq.
İlk baxışda bu şeirlərdə məzmun baxımından yeni bir şey
yoxdur deyib keçmək olar, ənənəvi sevgi mövzusudur, bu dəfə
xanım lirikin dünyaduyumunda əksini tapıb. Füzulidən bu yana
poeziyamız eyni mövzuda yazmaqda nə zaman səngimiş? Bü-
tün dünya ədəbiyyatından beləsinə sevginin dili birdir, yazıl-
mamış qanunları Şərqdə necədirsə, elə Qərbdə də elədir. Yetər
ki, sevməyi bacarasan, axı bilirik, heç nə olmasa da şairlik
sevgidən, sevmək istedadından başlayır. Bu məqamda mövzu-
ya digər rakursdan nəzər yetirək.
|