hanı bu günün səmədvurğunları? Hanı? Hanı rəsulrzalar, süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin meydanında millət, Vətən deyib nənəm də bağırar! Bura gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə qoşulsunlar. Gəlsinlər görsünlər ölmüşük, qalmışıq.” Əsərdəki döyüş səhnələri canlı, həyati alınıb. Sanki hadi-
sələrin canlı iştirakçılarıyıq, müharibənin əsəbi gərginliyini ya-
şayırıq, başımızın üzərindən adlayan güllə yağışından dəhşətə
gəlirik. Xüsusilə, Drakon və Pələngin ölüm səhnələri, Koman-
dirin polkovniki öldürməsi, əsgərlərin qaçış səhnəsi- əsər daha
çox elə bu qatı-psixoliji savaş məqamı ilə yaddaqalandır. Cə-
miyyət təzadlarına, müharibə dövrü insanının münasibətlərinə
vardıqca Komandirin arzu və ümidləri sanki fiaskoya uğrayır.
O, mənən və cismən yaşadığı müharibə ağrılarının dərinliyinə
varmaqdan daha çox dünya-insan münasibətlərinə köklənir. On
illik həbsxana həyatından sonra torpağı işğal olunmuş məmlə-
kətdəki qurulan çal-çağır, kef məclislərini görüb cəmiyyətin
uğradığı mənəvi aşınmanı-insanın dünənindən necə sürətlə
ayrılması tendensiyasını müşahidə edir. Hiss edir ki, bu cəmiy-
yət ona yaddır və o, içində gəzdirdiyi müharibə acıları ilə bur-
da, bu cəmiyyətdə yaşaya bilməyəcək. Bu məqamda, əsərdə
müharibə mövzusu zəminində müəllif şəxsiyyət-cəmiyyət anto-
qonizmini önə çıxardır, yəni müharibə dövrünün acı reallıqla-
rından biri budur-insan elə bir çıxılmazlığa düşür ki, öz imkan-
larını, torpağını, yurdunu qoruma çabasını realizə edə bilmir.
Birinci fəsil bu fiaskonun dramını, ikinci fəsil isə faciəsini
(fəlsəfəsini) göstərir. İkinci fəsildə daha çox insanın psixoliji
durumunun sərgilənməsi funksionallıq kəsb edir. Romanın bi-
rinci fəsli real olaylar kontekstində təsvirini tapırsa, ikinci fəsil
gerçəklərin fəlsəfəsini yaşadır, mənəviyyatın xaosunu göstərir.
Burada müəllif nihizminin nikbin çaları belə görünür, bu özü-