132
iki zamanda, müharibədən əvvəl və sonrakı zamanlarda təsvir
olunub. Komandirin həbsxana dövrü-bunlar arasında aralıq
zaman vahidi kimi səciyyələnir. Həbsdən o yanda Müharibə
illəri dayanır- dəhşət və sarsıntılarla dolu, hər anı ölüm olan
müharibə. Azərbaycanın portreti təhlükədədir, millətin taleyi
təhlükədədir. Həbsdən bu yana atəşkəsin razılıq verdiyi sakit-
likdir, çal-çağırdır, hər şey harmoniyası ilə davam edir. Düz-
dür, bu sakitlik müharibə illərində belə paytaxtda hakim idi,
ora, cəbhə bölgələrinə, Dünyanın ən varlı şəhərinə yağan dolu-
ların-qrad yağışının səsi bura- paytaxta gəlib çatmırdı. “Şəhər o
biri üzündən xəbəri olmayan medalyon kimiydi” (Z.Şəfi).
Qeyd edək ki, bu iki zidd əhvalın, psoxoloji ovqatın əksi
çağdaş nəsrimizdə, müharibə mövzusunda yazılan əsərlərdə
ironik üslub çaları ilə aktuallıq kəsb edir. Yaşlı nəslin nüma-
yəndələrindən tutmuş-(məsələn, A.Abdullanın “Çavuş” heka-
yəsi) gənc yazarlaradək (məsələn, Z.Şəfinin “Heykəltəraş”
hekayəsi) meydana çıxan əsərlərdə bu məqamın sərt dramatiz-
mi ilə qarşılaşırıq. “Dolu” əsərində də bu disharmoniyaya qarşı
bir aqressivlik var, müəllif dəyərlərin devalvasiyasını qabart-
maq nöqteyi-nəzərindən çağdaş həyatın neqativlərini, deqrada-
siyaya uğramış dəyər faktorunu önə xəttə çıxardır. Toxunduğu
mövzu sferası isə, istənilən qədər, ictimai-mənəvi kontekstlərdə
bu və ya digər tonlarla çevrələnir. Cəmiyyətin şou xəbərlərinə
marağına istehzasından tutmuş-
“Qarabağ camaatının yorğan
Dostları ilə paylaş: