135
Daha bir məqam, romanda müxtəlif zaman qatları arasında
rabitə yaradılmasına səy göstərilsə də (Məhəmməd peyğəmbər.
İsa peyğəmbər, Ayna Sultanova, Həmid Sultanovla bağlı löv-
hələr) estetik bütövlük baxımından alınmayıb, bu epizodlar
dağınıq, pərakəndə parçalar yığını təsiri bağışlayır. Müəllif
süni şəkildə bizi real aləmdən şərti aləmə aparır. Ona görə də
onlar arasındakı sərhədlər nəinki itmir, hətta bir-birindən uzaq
süjet şaxələri arasında ahəngi tutmaq olmur. Əlbəttə, problemin
qloballığını ifadə eləmək üçün şərti-metaforik ünsürlərdən
istifadə eləmək yaxşıdır, ancaq bu ünsürlər mətndə digər mə-
qamlarla daxilən bağlanmalı, ümumi qayənin təcəssümünə
xidmət eləməlidir. “Dolu”dakı bu simvollar isə əsərin ruhundan
doğmadığından fikir vüsəti, məna genişliyi yaratmır.
Amma bütün kəsir və çatışmazlıqlarına rəğmən müharibə
mövzusunun dərkində, dövrün milli istimai mühitinin və tarixi
şəraitinin öyrənilməsində “Dolu”romanının pozitiv rolu olacağı
şübhəsizdir.
Dostları ilə paylaş: