131
tutmaqla ironik çaları təqib qılır: hə, T.Əlişanoğlunun “Qu-
qark” əsəri ilə bağlı qeydlərində dediyi kimi, “bu bizik”, heç
dəyişməmişik. Özümüzün özümüzə və düşmənimizə qarşı hər
bir halda göstərdiyimiz iltifat budur. Orda-cəbhədə milli hey-
siyyatımızı itirməyəcək qədər ali, geridə, arxa cəbhədə onu qoru-
mayacaq qədər təzadlı. Əsər bu iki bir-birinə zidd mövqeni insan
amili kontekstində qabardır. Biz müharibədə torpaqlarımızdan
daha öncə insanlığımızı itirdik və bəlkə insanlığımızı itirdiyimiz
nədənindən torpaqlarımızı itirdik. Əsərdə Komandir itməyən,
itirilməyən yaddaş kimi mənalanır. Müharibə acısı sona qədər
tək bu insanın içində, yaddaşında yaşayır. Elə onu tanıyan
digərləri üçün də bu insan müharibənin təhlükəli portpetidir,
yalnız ona baxanda müharibəni də xatırlamağa məcbur olurlar.
Əsərdəki bütün digər hadisələr də məhz onun ətrafında cərəyan
edir, bu və ya digər şəkildə bu obrazla əlaqələnirlər..
Romanda ilk baxışda sanki qəhrəmanlığın vəsfi ilə bağlı mə-
qamlara köklənmək hissi yoxdur, biz müharibədə uduzmuş,
torpaqlarını itirmiş bir məmləkətin övladlarıyıq və bu vəziy-
yətdə qəhrəmanlıqdan dəm vurmağa haqqımız varmı? Amma
yox, əsər həm də cəmiyyətə mesaj ünvanlayır: Qarabağı onu
qorumağa gücü, cəsarəti yetən qəhrəman əsgəri olmadı deyə
itirmədik, Qarabağı səbatsız siyasətin, Ağ evlərdə xəbərsiz
yazılan ssenarilərin, icraçı rejissorların ucbatından itirdik.
Məlum həqiqətdir, amma bir də əsərdə təsvirinə varmaq:
”Bu
Dostları ilə paylaş: