121
NƏSRDƏ QARABAĞ
DİSKURSU
122
Bu mövzuda ədəbiyyatımızda bir boşluq var,
indi bir-birinin ardınca yazılan nəsr kitabları,
onların müzakirəsi, təhlili, ilk növbədə boşluq-
ları doldurmaq yönündə bir addımdır. Sadəcə
bir addım...Nədən ki, ona yetməyin, gizli qatla-
rını çözməyin realizəsi hələ qarşımızdadır.
123
ELÇİN NƏSRİNİN YENİ UĞURU
Görünür, qanlı-qadalı müharibə illlərindən uzaqlaşdıqca
onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın ol-
mağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatiz-
mi artdıqca müharibənin bəlalarını daha real şəkildə bədii
idrakın obyektinə çevirə bilirik. Peşəkar nasir olan Elçin «Bay-
raqdar» kitabında müraciət etdiyi mövzunu Qarabağ mühari-
bəsinin əzablarını, insan həyatında yaratdığı təbəddülatı göstər-
mək naminə qələmə almış, ömürləri yarıda qırılan obrazların
talelərini, onların keçirdikləri mənəvi-psixoloji sarsıntıları əks
etdirməklə oxucuya təsir edə bilmişdir.
«Bayraqdar» Elçinin Qarabağ faciəsini, ağrılarını dərindən
əks etdirən ilk kitabıdır. Bura yazıçının iki əsəri daxildir:
«Qarabağ şikəstəsi» və «Bayraqdar» povestləri (fərqli olaraq,
müəllif özü birinci əsəri «hekayə» kimi təqdim edir – red.).
Bunları bir-birinin ardı olan eyni bir əsərin hissələri də saymaq
olar. Təsadüfi deyil ki, povestlər ümumi bir ad – «Qaçqınlar
silsiləsindən» başlığı altında təqdim olunur. Hər ikisində qaç-
qın həyatı təsvir olunur, yurdundan, evindən didərgin düşən in-
sanların başına gələn vaqiələrdən danışılır. Elçin ağrının ən
ekstaz səviyyəsini təqdim edir, onun insan mənəviyyatında ya-
ratdığı ruhi düşkünlüyün miqyaslarını əks etdirir. Ağrının, dər-
din böyüklüyündən ağlını itirmiş insan soruşur: «Adam dəli
olanda özü bilmir ki, dəli olub?» (Gözlə Gəlirəm Məmməd kişi);
hayqırır: «Ay Allah!.. Bizim camaat burda niyə milçək kimi
qırılıb gedir?!.» (kor Solmaz) və son anda yenə də doğma yur-
duna qovuşmaq üçün haray çəkir: «Şuşanı ver mənə!.. Şuşanı!..»
Elçin müasirliyi ilə seçilən yazıçılardandır. «Bayraqdar»
kitabında o, dövrün, zamanın vacib problemlərinə nüfuz etmiş,
həssas bədii düşüncənin obyektinə çevirmişdir. Burada müa-
sirlik yalnız mövzu-məzmun qatında deyil, əsərlərin bədii
strukturunda, estetik komponentlərində də ehtiva olunur. Belə
ki, müəllif süjet xəttində qırıqlıq yaradaraq, hadisələri ardıcıl
124
izləməyə çalışmır. Hadisələr pərakəndə formada, biri digərini
əvəzləyərək nəql olunur. Bu üsulla yazıçı oxucunu yormur, onun
yaddaşını oyaq saxlamağa kömək edir. Məsələn, «Qarabağ
şikəstəsi» hekayəsində oxucu gah uzun illər bundan əvvəl Bakıya,
universitetə imtahan verməyə gələn Cümünün düşüncələrinə
diqqət kəsilir, yaxud ürəyindəki Şuşa nisgilinə ortaq olur; gah
İsraildə yaşayan İzabelin anası ilə bağlı qəlbində gəzdirdiyi Ziba
nostalgiyasını bölüşür, gah da Avtobus Ağadadaşın xoruz macə-
rasını izləməli olur. «Bayraqdar» povestində həmçinin: yazıçı gah
Surxayın bayraqdarlıq həvəsini göstərir, gah bizi Əbülfətlə
(Eysebio ilə) Cəmilənin içlərində oyanan saf, təmiz duyğular alə-
minə aparır, gah da Vasili Kuzmiçin ömür sürdüyü sadə, Əhməd
Ağayeviçin isə təmtəraqlı həyatı ilə tanış edir.
İlk baxışda bu süjet xətləri arasında heç bir əlaqə, bağlılıq
hiss olunmur. Lakin sonda povestdən tutulan ideya haçalanmış
şaxələr arasındakı rabitəni üzə çıxarır. Əvvəlcə təəccüblənirik:
Ağadadaşın toyuqlarının itməyinin mərkəzə çəkilmiş süjet xətti
ilə nə əlaqəsi ola bilər axı? Lakin sonda məlum olur ki, bizə adi
və lazımsız görünən bu detal əslində hasil olan ideyanı qüvvət-
ləndirmək, onu təsirli etmək üçün lazım imiş.
Elçin lakonik təhkiyə, yığcam lövhələr və konkret təhlillərlə
bədii bütövlüyə nail olmağı bacarır. Yazıçının obrazları canlı,
dinamik təsir bağışlayırlar. Elçin oxucunu özünə məhrəm, doğ-
ma sayan yazıçılardandır. O təsvir etdiyi obrazları hərtərəfli ta-
nıtmağa, onlar haqqında bildiyi hər şeyi açıb-tökməyə meyl-
lidir. Bu obrazlar əsərdə xarakterlərinin bütün tərəfləri – gücü
və zəifliyi, pisi-yaxşısı, sevgisi-nifrəti ilə görünməkdən çəkin-
mirlər. Yaxşı əsərlərində qəhrəmanlarının ikinci «mən»i kimi
çıxış edir. Onların yaddaşlarını silkələyir, ürəklərindən keçən
ən xəfif, ən kövrək duyğuları dilə gətirir, daxili yaşantılarını
nümayiş etdirir.
«Qarabağ şikəstəsi» povesti əsas obrazlardan olan Cümünün
keçmişinə ekskursla açılır. Müəllif bizi kənddən şəhərə, univer-
sitetə imtahan verməyə gələn Cümünün nağıl dünyasına ,
xəyallar aləminə aparır. Hansı ki, arzular qanadında yola çıxan
125
Cümü üçün bu gediş həyatını dəyişdirəcək bir şans idi və hansı
ki, Cümü üçün o zaman Bakı da elə Şuşa kimi saf, təmiz bir
məkan sayılırdı: «Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxla-
rın səsini sədası Şuşa obalarından gələn bir «Qarabağ şikəstəsi»
müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə
universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı…»
Elçin başlanğıc üçün uğurlu vasitəyə əl atır. Bakı əyalət
adamları üçün həmişə əlçatmaz, arzuolunmaz şəhər olub. Bu
şəhərə üz tutanlar ona işıqlı gələcək, həyatlarının dönüş nöqtəsi
kimi baxıblar. Elə povestin qəhrəmanlarından olan Cümü üçün
də belədir. Lakin tale onu Bakıya o zaman qovuşdurur ki, Cü-
mü bu şəhərlə bağlı xəyal dünyasına əlvida deyib ondan
uzaqlaşır. İmtahanlardan kəsilib doğma kəndinə qayıdan Cümü
uzun illər sonra Bakıya yenidən üz tutası olur. Bu dəfə amma
qaçqın adı ilə…
«- Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..»
Bu sözləri yalnız qəfil yerdə yaxalanıb həya təri içində boğulan
Sona demir, povestin hər bir cümləsi qaçqın fəryadından,
qaçqın iniltisindən lərzəyə gəlir. Maraqlıdır ki, erməni obrazına
biz yalnız «Bayraqdar» povestində, o da kiçik bir epizodda rast
gəlirik. Elçin ermənilərin əməlləri ilə bağlı süni epizodlar
yaratmır, düşmənə qurama lövhələrlə nifrət oyatmağa çalışmır.
Nifrət və qisas yanğısını bizə qaçqınların həyat tərzi aşılayır.
Hər iki əsərdə qaçqınlıq acısının, qaçqınlıq faciəsinin dəhşəti
düşmən əməlinin göstəricisinə çevrilir. «Qarabağ şikəstəsi» və
«Bayraqdar» povestləri qaçqın obrazını hərtərəfli, bütün incə-
liklərinə qədər canlandıran əsərlərdəndir. Elçin bu adın insanda
doğurduğu bütün hissləri obrazların canına hopdura bilib. Bu
mənada, kitaba ön sözündə Nərgiz Paşayevanın yazdığına
rəğmən, düşünürük ki, «Bayraqdar»da yaradılan əsas obraz nə
kədərdir, nə təəssüf, nə də ki Zaman. «Bayraqdar» povestində
məharətlə işlənmiş vahid bir obraz var: Qaçqın obrazı. Kədər
də, təəssüf də elə bu adın içindədir, onların dünənindən
bugünlərinə işıq salan və artıq «bağları»nı itirməkdə olan
Zaman həmçinin…
126
Harda vətən torpağı yoxdursa, orda dərd var, ağrı var. Cümü
üçün, ümumiyyətlə Buzovnanın Fəhlə yataqxanasında məskun-
laşan qaçqınlar üçün bu dərdin adı Qarabağdır, Şuşadır. «Qara-
bağ şikəstəsi» povestində Ziba adlı daha bir obraz var ki, onun
ağrısının adı Quba dərdi, Quba həsrətidir. Tale elə gətirib ki,
Ziba gənc yaşlarından boya-başa çatdığı sevimli Qubasından
ayrılıb İsrailə köçəsi olur: «Ziba qohumlarının dəvəti və ərinin
təkidilə bütün ailəsilə birlikdə İsrailə köçdü, Qırmızı Qəsəbədə
nələri varıydısa, satdılar, qohum-əqrabaya, tanış-bilişə bağışla-
dılar və Zibanın əri elə fərz elədi ki, daha Qırmızı Qəsəbədə
heç nələri qalmadı, amma sonralar başa düşdü ki, Qubada,
Qırmızı Qəsəbədə Zibanın (elə onun özünün də!) ürəyi qalıb».
Bu sözlər, bu ağrı bizə müəllifin «Mahmud və Məryəm»
romanından artıq tanışdır. Romanda şah Qarabağdan əsir gəti-
rilən xanəndə oğlanın yanıqlı səsindən içindəki nisgili anlayır.
«Sənin o dağlarda ürəyin qalıb» - deyərək onun geri qayıtma-
sına fərman verir. «Qarabağ şikəstəsi» povestində isə yurd,
torpaq ağrısı Zibanı ölənə qədər müşayiət edir və onun ürəyini
mübtəla olduğu xəstəlikdən də betər didib-dağıdır.
«Ürək yaman sevdi». Elçinin Qarabağdan, Şuşadan perik
düşən obrazlarının ürəyində doğma yurdlarının, dağlarının
nisgili, ağrısı yatır. Dədə-baba ocaqlarına dönüş reallaşmadıqca
bu dərd, bu ağrı onları acizləşdirir, bu insanlar keçmişlərindən
uzaqlaşdıqca kimliklərindən də uzaqlaşırlar. Qaçqın düşənə
qədər Şuşada, bazar başında çayçı işləyən, birdəfəyə əlində
«beşmərtəbəli çay sarayı» gətirən Gözlə-Gəlirəm Məmməd kişi
Buzovnanın Fəhlə Yataqxanasındakı skamyada günlərini say-
maqla ömrünü başa vurur, qırx ildən artıq Şuşada tarix müəl-
limi vəzifəsini daşıyan Fərzəli müəllim Molla Fərzəliyə çevri-
lib, yaxud Şuşada taksi sürücüsü işləyən Cümünü dərd içki alu-
dəçisinə döndərir. Elçin hər iki povestində obrazların həyatını
onların keçmişi, Şuşadakı yaşam tərzi ilə müvazi verir və bu-
nunla sanki insanın hardan hara enməsini – daxildə gedən
«çevrilmə»ni göstərməyə çalışır.»
127
Elçinin povestlərində «çevrilmə» yalnız qaçqın insanların
daxilində getmir. Bayraqdar povestində qaçqınların keçirdikləri
ağır həyat tərzinin əksinə olaraq çox zəngin, qayğısız və dəbdəbəli
ömür sürən Əhməd Ağayeviç də öz içində inqilab, «çevrilmə»
yaratmaq cəhdi ilə yadda qalır. Bu obraz bizə Elçinin bir çox
hekayələrindən yaxşı tanışdır. Onunla yazıçının «Hönkürtü»,
«Beş dəqiqə və əbədiyyət» hekayələrində artıq görüşmüşük.
Əhməd Ağayeviç yeni əsrə adlayan Mərdan Dadaşlıdır. Amma
əvvəlki əməl və düşüncədə… Adı gedən hekayələrdə narahat
görünən, «ürəklərini yeyən nigarançılıq hissləri» ilə rahat insan
ömürlərini yaşaya bilməyən və bu üzdən dəyişməyə çalışan
Mərdan Dadaşlı kimilər uzağı Əhməd Ağayeviç ola bilirlər.
Ondan da yaxşı olmaq cəhdi – istəsələr belə alınmır. Elçin belə
obrazlara öz içlərində təbəddülat yaratmağa imkan da verir.
«Hönkürtü» hekayəsində həmin vasitə şadlıq rəmzi çinar
ağacı, «Beş dəqiqə və əbədiyyət»də ölümün bir addımlığında
dayanan insanın ürəyini soran Allah xofu olur. «Bayraqdar»
hekayəsində isə Ə.Ağayeviçin qəlbini tərpədən vasitə Cavanşirin
klarnetdə çaldığı «Segah» olur: «Klarnet ağzını tavana yox, elə
bil, həmin məkandan (naməkandan) düz Əhməd Ağayeviçin
üzünə (ürəyinə… içinə…) tuşlayıb deyirdi ki, ay səfeh insan, yox,
daha da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh Əhməd
Ağayeviç, hər şeyin var, otuz ildi cürbəcür vəzifələrdəsən, pulun
var, yaxşı övladların var, nəvən var, ev-eşiyin var, amma nə
olsun? Bunun mənası nədi? Hər şeyin var, amma öz içində, öz
ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki,
üstünə çıxıb özünü boğulmaqdan xilas edəsən…»
«Segah» Əhməd Ağayeviçin içini təlatümə gətirir və o bəlkə
də ömründə heç vaxt bu dərəcədə eləmədiyi yaxşılıq sevdasına
düşür. Lakin bu «çevrilmə»nin ömrü qısa olur. «Şən həyat»
restorannından çıxıb Bilgəhdəki bağına qədər məsafə və zaman
qət edənəcən. Ə.Ağayeviçin qulaqlarında «Segah»ın səsi ava-
zıdıqca bu insan mənəvi cəhətdən «özünə» yaxınlaşır, səs tam
eşidilməz olduqda isə o, mahiyyət etibarilə necə varsa elə qalır.
128
Mətnaltı dərinlik Elçin prozasını sərtləndirən əsas poetik
amildir. Yazıçı qəhrəmanlarının həyatını təfərrüatı ilə canlan-
dırırsa, onların daxili aləmlərini, düşüncə və fikirlərini oxucuya
çatdırırsa da, əsər son anda daşıdığı məzmun yükü ilə diqqəti
cəlb edir. «Bayraqdar» kitabına daxil olan povestlər bu gü-
nümüz üçün real, xarakterik olan ideyanı daşıdığına görə yadda
qalırlar. Müəllif iki povestində sonluğu ibrətamiz motiv üzə-
rində qurur. «Qarabağ Şikəstəsi» povestində Cümü İsraildən
gəlmiş İzabelin arvadı Sonaya bağışladığı fransız ətrini satıb
əvəzinə don almağı özünə sığışdırmır. Bu ətir Cümüyə dün-
yanın ən iyrənc qoxu təsirini bağışlayır. Qəribə bir təzad da bu
zaman baş verir. Cümü ona halal verilən hədiyyəni – ətiri özü-
nə haram sayıb satmır, amma qəfil rastına çıxan Ağadadaşın
itmiş Qırmızı xoruzunu və iki toyuğunu motorollerinin kuzovu-
na qoyub: «- Sizi çaqqal yeyənəcən, elə bizimkilər yeyər. –
Sonra, elə bil özünə bəraət qazandırmaq üçün: - Çaqqallar ye-
məyə şey tapacaq» - deyib evinə aparır.
«Bayraqdar» povestində isə Surxayın oğlu Əbülfət (Eyse-
bio) futbol oynadığı zaman qazanxananın damından yıxılır və
bu zaman atasının bayrağı bərkitdiyi zaman işlətdiyi zubul
onun ürəyinə girir.
Fransız ətiri, rus zubulu Elçinin povestində rəmzi xarakter
daşıyır, Azərbaycana mənəvi cəhətdən yad olan iki qütbü –
Fransa-Rusiya qütbünü nişan verir. Elçin real olan bu faktı milli
psixologiya baxımından mənalandırmış, onu cəmiyyətin ağrılı
problemi kimi işıqlandıra bilmişdir. Sosial-mənəvi proseslərin
mahiyyətinə varmadan, onların əsasında duran, zəminini təşkil
edən problemlərin kökünü açmadan millətin bəladan, faciədən
qurtulması mümkün deyil. Əsərin daşıdığı ideya da budur.
Dostları ilə paylaş: |