136
“HARAMI” ROMANI: QƏHRƏMAN VƏ ZAMAN
PROBLEMLƏRİ ÖNÜNDƏ
Ş.Ağayarın nəsrində müharibə insanının içindəki ağrını,
daşıdığı həyat yükünü ifadə eləmək gücü var. Çağdaş nəsrdə bu
ağrı simvolikası Şərifin mətnlərində daha yaxşı əksini tapır.
Şərif müharibənin odunu-alovunun, yandırıb kül etdiyi arzula-
rın insan içində doğurduğu fəsadlarını, atdığı şırımlarını göstə-
rir. Vektorun oxunu “quşu uçan budaqlara” yox, o quşların dal-
dalandığı, məskən saldıqları məkanların istiqamətinə tuşlayır.
“Haramı” romanına qədər Şərifin
meydana qoyduğu he-
kayələri, “Kərpickəsən kişinin dastanı” povesti müharibənin o
qatlarını çözməyə meylli idi ki, onlar öz emosional ahəngi və
problematikası ilə müharibə insanının hisslərinin yanğısına və
müəllifın iç ağrılarının təfsilatına söykənirdi. “Haramı” romanı
da eyni mövzunu, problematikanı, milli
heysiyyat məsələlərini
çözməyi təqib qılır. Bu dəfə əsərin ideya planı bir qədər geniş-
lənir, müəllif milli-mənəvi keyfiyyətləri, kişilik dəyərlərinin
yaşarı göstəricilərini özündə ehtiva edən qaçaqlıq
mövzusunu
bədii sözün təcəssümünə çevirməklə müharibənin ədəbiyyat-
dakı obrazına yeni çalarlar artırır. Milli nəsrimizdə bu möv-
zunun bir sıra sələfləri olduğu məlumdur: İ.Şıxlının “Dəli kür”
“Ölən dünyam”, F.Kərimzadə “Qarlı aşırım”, İ.Əfəndiyev
“Üçatılan”, S.Azəri “Duman çəkilir” kimi nümunələrində patri-
arxal qanunları funksionaldır, bu və ya digər şəkildə milli xa-
rakterin özəlliklərindən rişələnirlər. Son dövrün nəsr nümunə-
lərinə dayaqlansaq, bizdə qaçaqlıq mövzusu,
öz yaşam qanun-
ları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri
də milli yaddaş daşıyıcıları kimi sanki tarixə dönmüş, öz
funksionallıqlarını dondurmuşlar. Ş.Ağayar bu mövzunu yeni-
dən təsvir predmetinə çevirməklə həm də zamanı yeni sınaq
qarşısına çıxarır: yeni cəmiyyətdə milli insanın
mövqeyi necə
görünür, o yenədə-mi cəmiyyət üçün “artıq adam”dır, yoxsa
ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu
137
qarşısında
güzəşt edir, onun ənənə və mühafizəkarlıq meyar-
larının cəmiyyətdə dayanıqlılığına çaba göstərir.
Özü də bu mövzu o zaman təsvirə çəkilir ki, cəmiyyətdə
xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir.
O zaman
nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq
salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin,
ünsürlərin qovuşmasına etiraz edir.
İ.Şıxlının “Ölən dünyam” əsərində belə bir epizod var.
”Troyka”nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü
kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki,
kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman
Qeybalı kişi acı-acı gülümsünür və deyir:
“-Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb
ki, meydana çıxsın?
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.”
Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun
ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik
çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi,
“Cahandar” ağası, vurub-tutanı Keçəl Xondulu idisə,
deməli
cılızlığın igidliyə meydan oxuduğu zəmanə gəlirdi. Müəllifin
həyəcanı da mənəvi cəngavərliyimizin yoxa çıxması, cılızlığın
onu üstələməsi qorxusu ilə bağlı idi. Xalq öz keçmişindən bu
günə hansı dəyərləri gətirib çıxarır, qürur doğuracaq hansı milli
keyfiyyəti, kişilik heysiyyatını mühafizə edir?!..
“Haramı” romanı da milli yaddaşın məhz bu çalarlarına ay-
na tutur, əsərdəki hadisələr qaçaqlıq mövzusunun davamı kimi
qələmə alınır. Faktura və problematika müasirlikdən,
keçib
gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktu-
allığından nəşət edir. Əsərdə həm də qloballaşan dünyamızın
təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair
fikirlər var.
“Keçmişdən imtina bir çox qiymətli dəyərlərin
Dostları ilə paylaş: