Microsoft Word Yeni kitab A5-son docx


üstündə olanda elə bil üzür Haramıda, balıq kimi hər tərəfə



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə58/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   54   55   56   57   58   59   60   61   ...   125
üstündə olanda elə bil üzür Haramıda, balıq kimi hər tərəfə 
gedə bilir. Bəlkə, elə  bəlli bir yolu-ərkanı, maneəsi, dalanı 
yoxdu deyin gözlənilməz hərəkətləri çox olur Haramının, 
göz qırıpımında məsrası  dəyişir, biri-birinə qarışır, idarə 
olunmaz, müdaxilə edilməz şəkil alır”. Haramını səciyyələn-
dirən bu sözlər həm də romanın əsas obrazı Səməndərin öz xa-
rakterinə -ondakı şəxsiyyətin azadlığını və ruhun intəhasızlığını 
ifadə eləmək baxımından uyğun gəlir.  
“Haramı”da təsvir olunan mühitin ictimai-sosial mənzərəsi 
necədir? Xalq Qarabağ faciəsi ilə üzləşmiş, öz dədə-baba yur-
dundan perik düşüb müxtəlif məkanlarda sığınacaq tapmışlar. 


139 
Belə  ağır vaxtlarda qaçqınlıq zillətinin girdabında boğulan 
Rüstəmin ailəsinə  Səməndərin yatağına köçüb orda çobanlıq 
etməsi təklifi vəziyyətdən ən yaxşı çıxış yolu olur. Onların hər 
ikisi Qarabağ qaçqınıdır, amma Səməndər həm də qaçaqdır, 
sözünü deyə bilən, bütün qaçaqlar kimi mərdlik qanunları ilə 
yaşayan insandır. Roman boyu biz bu obrazın xarakterinə bələd 
olur, müxtəlif situasiyalarda açılan tipik əlamətlərini görə 
bilirik.  Əsərdəki hadisələr üç mətndə ehtiva olunur. Rüstəmin 
(əsərdəki hadisələr onun dili ilə nəql olunur) Səməndərin ölü-
mündən sonra fermadan şəhərə  gəlib yaşadığı dövr-indiki za-
man-ki, hadisələr məhz bu rakursdan müstəviyə gətirilir; müəl-
lifin söylədiyi on iki hekayət əsasında Səməndərin tərcümeyi-
halını, xarakterinin açılmasına yardımçı olan səhnələri sərgilə-
yən məqamlar-keçmiş zaman- ki, yalnız Səməndərin ömür ta-
rixçəsi, onun müharibəyə  qədər, Haramı düzündə  məskunla-
şanadək keçdiyi yol nəql olunur və  əsas vaqeələrin cərəyan 
etdiyi, Rüstəmlə Səməndərin ortaq zamanı və məkanı bölüşmə-
lərini görükdürən məkan-Haramı düzündəki cərəyan edən va-
qeələrin zamanı. Bütün vaqeələr indiki zaman qatında nəql 
olunsa da, əslində mətnlərdə sərgilənən hadisələr oxucunu vir-
tual olaraq öz zamanına aparır. Maraqlısı da elə budur, öz za-
manına dönən insan Səməndərin düzənlədiyi həyatdan nəyi əxz 
edir? Hansı  təkrarsız milli çaları ki, onu bu mövzuda daha 
bitkin yaradılan Cahandar ağadan fərqləndirsin?! 
Əsərdə  Səməndər qaçaqlığın-kişiliyin, bəyliyin son nüma-
yəndəsi kimi mənalanır. Müəllifin onunla bağlı danışdığı on iki 
hekayət (on iki boy!), eləcə də günün sosial-mənəvi təzadlarını 
sərgiləyən məqamlar –yeddi gündəlik sanki bununla igidliyin 
sona vardığını işarə edir: ”İgidliyə bir qoz”. Bu da İ.Şıxlı rakur-
sumu, yoxsa daha fəci reallıq? Var olan, hələ sıradan çıxmayan 
milli cahangirliyimiz bu zamanda belə özünə güclü arxa tap-
mır. Amma tərəddüd doğurur: yaxşı, günbəgün dəyişən və milli 
keyfiyyətlərindən uzaqlaşan cəmiyyətin bu günə ötürəsi dəyəri, 
zəmanə qəhrəmanı beləmi olmalıdır?  


 
140 
Şərif yeni dünya düzəninə qarşı qoyduğu qaçaq obrazını 
bitkin yaratsa da, bəzi cəhətlərini sanki köhnə dövrün, möv-
zunun sələfi olan əsərlərin qəhrəmanlarından proyeksiyalayır. 
Cahandar ağanın qadına münasibətdə yol verdiyi xətanı Şərifin 
qəhrəmanı yenidən təkrarlayır. Belə bir təkrar müəllifə niyə 
lazim olur? Qaçaqlığın atributu kimi, yoxsa qəhrəmanın ölü-
münü hazırlayan səbəb kimi? Bir qədər də bunlar çaşdırır bizi-
milli insan beləmi olmalıdır-gözü tutduğu qadını arvadının üs-
tünə  gətirməli, oğurluqla məşğul olmalı, anasını söyməli, heç 
nəyin ağına-bozuna baxmadan qarşısındakına qolunun gücünü 
göstərməli, hərbə-zorba gəlməlidir -Şərif sanki zamanları qa-
rışdırır, yəni zamanlar əsərdə onsuz da qarışıqdır, söhbət qəh-
rəmanın zamanından gedir. Səməndərin faciəsini  şərtləndirən 
amil onun xarakterinin öz mühitində olmamasıdır. Onun yaşam 
tərzi yalnız kənar dünya üçün yox, elə  ətrafi, çevrəsi, doğma 
ailəsi üçün də  qəbul edilmir. Səbəbini müəllif özü deyir: 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin