Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə15/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   11   12   13   14   15   16   17   18   ...   125
fəs yelləncəyi” kitabı nəşr olunub. 2008-ci ildə Nobel Mükafatı 
Laureatı olmuş Herta Müllerin bu kitabı  məhz “Qanun” 
nəşriyyatının sifarışı ilə birbaşa alman dilindən Zaur Qurbanlı 
və Qurban Dağlı  tərəfindən tərcümə olunub. Bu seriyadan 
daha bir tərcümə yazar Günel Mövluda aiddir. O, Rusiyanın 


 
40 
tanınmış postmodern yazıçısı Viktor Pelevinin “Omon Ra” 
əsərini tərcümə edib. Bundan başqa yola saldığımız ötən ildə 
“Qanun” nəşriyyatında  Qabil  Əhmədovun  tərcüməsində 
Stefan Sveyqin ” Jozef Fuşe-siyasi xadimin portreti”, Minə 
Raufqızının  fransızcadan tərcüməsində  Oliver Rolinin “ 
Bakıda son günlər”Samir Bulutun tərcüməsində Den Brau-
nun “Da Vinçi şifrəsi” kitabı, habelə  Viktor Suvorovun “ 
Sonuncu Respublika”, Haruki Murakaminin Zəlzələdən 
beş gün sonra” hekayələr kitabı, Ceyms Coysun “Dub-
linlilər”, Qabriel Qarsia Markesin “Patriarxın payızı”, 
Milan Kunderanın “ Astagəllik” romanı,  Castin Qarderin 
fəlsəfə tarixindən bəhs edən “ Sofinin dünyası” romanı və bir 
çox başqa tərcümə əsərləri çap olunub.  
Ötən  ən ilin tərcümə  təsərrüfatını  təşkil edən  əsərlər daha 
çox mətbuat səhifələrində, “Azərbaycan” və “Ulduz” jurnal-
larında, bir çox internet saytlarında, xüsusilə də Azərbaycanın 
Mədəniyyət portalı olan Kultaz.com saytında səliqəli  şəkildə 
yerləşdirilib. Elə son bir ildə bu saytda dünya ədəbiyyatının bir 
sıra dəyərli nümunələrinin, eləcə də Nobel mükafatı qaliblərini 
oxucuya tanıtmaq məqsədi ilə onların bir neçə hekayələrinin 
dilimizə çevrilərək təqdim edilməsi  ədəbiyyatımıza pozitiv 
qida verir. Qabriel Qarsia Markesin” Məhəbbət  əvəzinə 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin