24
V.Yusifli 90-cı illər poeziyasında qəlibləşmiş, trafaret minor
motivlər, şikayət, ah-nalə ovqatlı misralar əleyhinə çıxaraq
şairləri bəşəri duyğular təlqin edən
fikirlər üstə köklənməyə
səsləyir. Əlbəttə, inkar etmək olmaz ki, hər şair, ilk növbədə öz
fərdi "mən”indən çıxış edir, mənən yaşadıqlarının və duyduq-
larının tərcümanı olur. Lakin xırda və cılız kədərlə oynamaq,
yalnız iç aləminə qapılıb qalmaq
da poeziyada planetar dü-
şüncə tərzinə gedən yolu bağlayır, şairin yaradıcılıq cizgilərinin
ümumbəşəri dəyər kəsb etməsinə, öz qabığından çıxıb başqa
səmtə boylanmasına əngəl törədir ki, tənqidçinin təşviş və iradı
bu mənada yerindədir.
1960-80-cı illər ədəbi fikrinin dəyərlərini təmsil edən tən-
qidçilərdən biri də Tehran Əlişanoğludur.
Özünəməxsus üslub
və ifadə tərzi ilə diqqət çəkən tənqidçinin 90-cı illərdəki
fəaliyyəti intensivliyi ilə seçilir. Belə ki, müəllifin bu dövr ər-
zində çap edilən yazılarında – 1995-1997-ci illərdə "Press-fakt"
qəzetindəki "Ədəbiyyat söhbəti", 1996-1998-ci illərdə "Ədə-
biyyat qəzeti"ndəki "Məqamlar", 1998-ci ildə "Rezonans" qə-
zetindəki "Gündəlikdən", 2000-2001-ci illərdə yenə "Ədəbiy-
yat qəzeti"ndəki "Tənqidçinin dəftərindən", 1999 və 2002-ci
illərdə "Bizim əsr" qəzetində "Tənqid meridianları", "Polemik"
və "Tənqid" sırasından olan məqalələrində ədəbiyyat tarixçi-
liyi, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik
kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş
çağdaş prosesimizin inkişaf
meyllərinin öyrənilməsinə, cari
bədii təsərrüfatın təhlilinə, yeni poetik təfəkkürün forma-
laşması kimi məsələlərə qədər yeni kontekstdə yanaşma, fərqli
baxış bucağı nəzərə çarpır. Xüsusilə,
müəllifin Tehran Musta-
fayi imzası ilə yazdığı "Ədəbiyyat söhbəti" başlıqlı silsilə
mətnlərə önəm verməyə dəyər. Bu yazılarda müəllif yeni ədə-
biyyat düşüncəsini sırf estetik-nəzəri, poetika məxrəcinə köklə-
məyə çalışmış, diqqət çəkmək üçün hələ bir qədər də radikal-
estet formalara müraciət etmiş”dir. Yazıların orijinallığı ilk
növbədə, müəllifin çağdaş ədəbiyyat məsələlərini daim ədəbiy-