157
tarır. Bəlkə elə bu ildrım sürətinin yaratdığı effekt(sizliyin)in
nəticəsidir ki, bu proseslər oxucuya heç bir sirayətedici təsir
bağışlamır, çünki təsvir olunmur, eləcə süni şəkildə əsərə yer-
ləşdirilir. Əfsun bacısı Əfruzun əsir aparılmasını Dəli Vey-
səldən, qardaşı İmdadın dəlixanaya salınmasını isə Dəli Vey-
səlin oğlundan eşidir. Qəhrəmanın içindəki psixoloji, mənəvi
təlatümlərin əsasları hərəkət, hadisələrin təbii inkişaf prosesi
zəminində açılsaydı, müəyyən estetik təsir yaratmağa müvəffəq
olardı.
Eləcə də, tez-tez əsərə müdaxilə edən, özünün və obraz-
larının yerinə meydana atılıb fikirlər söyləyən müəllif təhkiyəsi
sayəsində əsər bədii cəhətdən uğursuzluğa məruz qalır.
Romanın dili də rəvan deyil, qeyri-səlis ifadələr, təsvirlər,
qarışıq cümlələr və s. Məsələn, sayını istənilən qədər artıra
biləcəyimiz nümunələrdən birinə diqqət edək:
“Dediklərinin
üstünə qardaşını gətirməyin qarşısını kəsən şeyin əsla qızın
güman etdikləri olmadığını da gələndən sonra Mehri başa
düşdü ki, İmdadı görmək üçün Bakıya od-alov kimi can atan
oğlan niyə son vaxtlar ondan söz düşəndə hər dəfə ağzını elə
sürüyür”(s.195). Obrazlar bir-biri ilə rəsmi üslubda danışırlar.
Məsələn, atasının əsgərlikdə olan Əsfuna yazdığı məktuba
diqqət edək:
“Nə vaxt bu sərsən psixologiyadan, feodal təfək-
küründən qurtulacağıq? Nə vaxt adamlar başqalarının diktəsi
ilə yox, öz ağıl və düşüncəsi ilə, müstəqil halda hərəkət edə-
cək?(s.18)”; yaxud həbs olunmuş Əfsuna Səfurə müəllimənin
dar macalda söylədiyi cümlələr əlamətdar
tədbir nitqləri
təəssüratı doğurur:
“Sən bütün ağrı və məşəqqətlərə, çətinlik və
əzablara içindəki sonsuz vətən sevgisi və dönməz inadınla qalib
gəlmisən. Hər bir yaşıdın bu cür fədakarlıq göstərsəydi, nə dünya
qarşısında xar olar, nə də əsirlikdə bir başıyaylıqlımız qalardı.
Sənin kimilərin qiymətini o-bu yox, zaman özü verəcək! Arxayın
ol, mənim balam!... O əllərə qandal yox, öpüş yaraşır(s.114)”.
Uzun illərin yazıçısının dilimizin bədiilik imkanlarından yararlana
bilməməsi doğrudan da təəssüf doğurur.
Əfsunun faciəsi, yaşadığı hisslər
ailə çərçivəsində, ictimai-
sosial məcrada müəyyən qədər təbii boyalarla əks olunmuş,
158
bununla bağlı əsaslı detallar göstərilmişsə də (bacısının əsir
götürülməsi, qardaşının dəlixanaya salınması, bir parça torpağa
sahiblənə bilməməsi) ziddiyyətin əks qütbləri haqqında eyni
fikri demək olmur. Əsərdə əks qütbün dolğun inikasını, şərhini
görmürük. Bu məqamları ehtiva eləyən lövhələr ümumi və
bəsit olduğundan əsərdə sosial-mənəvi təhlilini tapmır, sadəcə
obrazların və müəllifin nitqində əsərə daxil olurlar.
Əslində, mən əsərdəki həqiqət duyğusunu, reallıq
hissini al-
qışlayıram, sadəcə janrın öz tələbləri, ədəbiyyatın- qanunları,
ritmi, iqlimi ilə birgə öz gerçəkliyi var. Bunu isə yalnız hisslə-
rin və həqiqətlərin çılpaq ifadəsi hesabına ehtiva etmək olmaz.
Dostları ilə paylaş: