Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə71/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   67   68   69   70   71   72   73   74   ...   125
 
 
 


159 
HƏRFLƏRDƏN BAŞLANAN PSEVDOTARİX 
 
Tarix nəinki “müəllim olmaqdan qalır” (Alber Kamyu), ək-
sinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş 
olur. Hər halda XX əsrin  əvvəli və sonu arasında harmoniya, 
hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut 
etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi ya-
şanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar 
edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götür-
məyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis 
stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək 
lazımdır. M.Süleymanlının “Erməni adındakı  hərfllər” romanı 
məhz, bu məramı - tarixin milli irsdə kodlaşan dəyərlərini yad-
daşa ötürmək missiyasına xidmət etməyi təqib qılır, daha çox 
tarixi unutqanlığımıza ayna tutub bizə erməni xisləti haqqında 
ətraflı, geniş, təfərrüatlı məlumat çatdırır. 
Roman  İmirxanlı adlı tarixçi-jurnalistin xatırlamalarından, 
yanaşma, mülahizə  və düşüncələrindən hasilə  gəlir. Bir növ, 
onun irəli sürdüyü millət konsepsiyasının vasitəsilə oxucuya ta-
rix dərsi keçilir. Əsərdə erməni eksponizmi yaxından fiksə olun-
muş, həmçinin tarixi müəyyənliyimiz, kimliyimiz güclü natural 
əyaniliklə  təsvirini tapmışdır. Yazıçını  fərdi sosial və milli 
şüurun oyanışı problemi daha çox düşündürür və bu məqsədlə o, 
türk tarixinin, taleyinin gizli və açıq qatlarına nüfuz edir. 
“Erməni adındakı  hərflər” romanında bədii təsvirin mərkə-
zində  əsasən, 1980-ci illərin sonlarında baş vermiş proseslər, 
yenicə qızışmağa başlayan münaqişənin ilkin zaman hüdudları 
dayanır. Bu üzdən  əsərdə müharibə görüntüləri, döyüş  səh-
nələri yoxdur, çünki burada müharibə  hələ başlamayıb, nəql 
olunan hadisələr ən son olaraq 1980-ci illərin axırlarında, xalq 
hərəkatının hərəkətə  gələn nəhrinin təsviri ilə bitir. Və ondan 
başlayır ki, ermənilər türk kəndinə doğru hərəkət edərək 
kütləvi deportasiya prosesinə start verirlər: “İndi hər  şey ayrı 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin