107
ovqatla, ondakı radikal mövqe ilə müqayisə eləmək də olar.
Həmin dönəmdə poetik fikrimzi zəbt edən, daha dərinlərə
işləyən balta, kəsər indi daha çox etirazı sakit, həlim şəkildə
deyib keçmək ədasına verib.
Gənc şair Qismətin 2011-ci ildə işıq üzü görən “Meqapolis
hüznləri” kitabındakı şeirlər “sürətlə meqapolisə çevrilən Bakının
yeni kodlarını, şifrələrini nişan verir.” Qismət şeirlərində yeni
dünyanın, yeni insanın, yeni Bakının poetik lövhəsini yaradır. Bu
sadəcə, təsvir etmək, az qala hamımıza tanış mənzərələrin,
problemlərin, lövhələrin sözdə sərgilənməsi deyil, bu
həm də
poeziyanın yeni düşüncə, yeni poetik nəfəs orbitindən zamana
çıxışıdır. Qismətin şeirlərində Bakının obrazı ictimai-siyasi, sosial
müstəvilərdən şeirə gətirilir. Onun etiraz elədiyi yeniliyin alt
qatında biz köhnə Bakının portretini görməyə müvəffəq oluruq.
Qismət heç nə demədən oxucunu o qədimliyə apara bilir. Sanki
bu nostalji duyguları misraların
içinə hörülür, o qədər ki, qal-
dırılan hər layın altında bu hissləri duyub yaşamamaq olmur.
Nədir səni belə qəfil dəyişən,
De, görüm tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…
Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.
“Deyilişin tonu, münasibətin tipi elədir ki, mətn deklama-
siya çərçivəsindən çıxır, ittiham aktı olmur,
yəni bu hər gün baş
verən hadisələrin ruhumuzda kəsişmə yeri deyilən fikirlərə
nöqtə qoymur, alt qatdakı dərin məzmunun üzə çıxmasına yar-
dımçı olur. Klassik şeirdəki “ikimərtəbəlik” burada da özünü
göstərir, bir mərtəbədə seyrçi təsvir, o birində heç kəsə sırımaq
istəmədiyin düşüncələrin. Qismətin səmimiliyi, onun hadisəyə,
təsvirə münasibətində aydın şəkildə nəzərə çarpır.” (C.Yusifli)
108
Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki,
o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…
Qismətin əksər şeirləri Bakıdan,
burada müşahidə etdiyi ha-
disələrdən, yaxud içərisində yaşatdığı duyğularından, həyat,
ölüm və dünya ilə bağlı düşüncələrindən yaranan şeirlərdir.
Qismət bu şeirlərdə, hətta ictimai məzmunla dolu şeirlərində
belə heç bir hay-küy salmadan sadəcə müşahidəçi mövqeyi
tutur, naturallığın duyumunu verməyə çalışır
, hadisələri, ger-
çəkləri, yaşadıqlarını şeiri ölçüsündə, məna dərinliyində ifadə
eləməyə nail olur. Hətta baxın, təbiətin ən gözəl hadisələrindən
olan yağış məfhumuna gənc şairin
yüklədiyi bəşəri çözüm nə
qədər maraqlı və məzmunludur:
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...
Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları...
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...