130 mühitin hansı fərqli, fərdi qanunları ilə yaşadığı: “Bu şəhərdə Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmir- dilər; Bura gələn vəzifəlilər Sovet qanunları ilə deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin qanunları ilə yaşamaq istəməyənlər, sinəsinə döyüb “bu şəhərdə qay- da-qanun yaradacam” deyənlər də olmuşdu. Amma be- lələri günlərin birində ya kabinetində ağzından vurulmuş- du, ya camaatın gur yerində mal kimi döyülmüşdü, ya da evi yandırılmışdı; Bu şəhərin öz Fantoması vardı, Zorrosu, Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan qaçaq nəbiləri də”, inancları :”Bu camaat üçün Seyid Lazım Ağanın sözü “Qur’an” ayəsi kimiydi, heç kim keçə bilməz- di”, qonaqpərvərliyi (Komandirin həbsxanada belə şahmatı
xarici qonaqlara bağışlaması), dar ayaqda olana son qəpiyini
belə əsirgəməmək (Musanın anasının əməliyyatı üçün əsgər-
lərin pul yığması faktı) kimi keyfiyyətləri ümumi planda bütün
milli, mental keyfiyyət özəllikləri zəminində açılır. Ənənəvi
sovet mühitində onlar düşüncələri, davranışları, özünəməxsus
qanunları ilə fərqlənir və təbəddülat doğururdular, müharibə
dövründə isə bu insanları torpaq uğrunda mübarizənin başında
görürük. Qeyd edək ki, müəllif bu obrazların natural cizgilərini
təsvir etməyə, onların təhlükəli sınaq məqamındakı bütövlü-
yünü göstərməyə, bu məqamların psixoloji sirayətediciliyinı və
nəticələrini təhkiyənin mərkəzinə çəkməklə ümunu sujet xət-
tində birləşdirməyə müvəffəq olur. Hətta bu sırada daha bir
motiv- erməni qızının zorlanmasına imkan verməyib azad edən
azərbaycanlı əsgər bu kişiliyi ilə – “Komandir, mən arvad