80
Buludlar gəldi-getdi,
içimiz aydınlaşdı.
Sonra yenə yağışlar-
hava bir də qarışdı...
Qəfil yatdı içində
sənin həyəcan seli.
Mən özümü aldatdım
guya sevirdim səni...
Yay gününə yağmışdı
həyəcanın yağışı..
Payız gəldi, qurudu
həm tər, həm də göz yaşı...
Heca vəznində qələmə alınan bu şeirdə hisslər təbiətin bir
nişanı-yağış ilə analoji kontekstdə təsvirə çəkilməklə maraqlı
assosiasiya yaradılır. Burada xəfif bir eşq oyunu səmimiyyət və
emosionallıqla təsvirə çəkilir, sanki lirik bir təbiət lövhəsi sər-
gilənmiş olur. Maraqlı metafora yaradılır, insanın poetik duy-
guları təbiətlə müqayisə olunur, təbiətlə eyniləşir və onda
əriyir, itir. Burada lirik qəhrəmanın aləmi psixoloji paralelizm
vasitəsilə ifadə olunur. S.Norovçatov insanın həyəcanlarının,
hisslərinin zahirən bənzər təbiət hadisələri ilə müqayisəli şə-
kildə ifadə olunmasını psixoloji paralelizmin əsası sayır. Yəni
bu təsvir sadəcə peyzaj deyil, hissin, duyğunun təbiət faktura-
sına dayanıqlı olması prosesidir. Ümumiyyətlə, Rəbiqənin şeir-
lərində dünyaya, reallıqlara baxışında dodaqqaçıran yumor,
xəfif bir istehza hakimdir və etiraf edim ki, bu şeirləri oxu-
duqca onlarda ehtiva olunan pozitiv enerji sövq-təbii insanın
içinə, gözünə-könlünə dolur. Məsələn, onun yazdığı “Dostların
şeiri”nə diqqət edək:
Sən işıq göstərirsən
mən içimdə itəndə
81
Ipimi bərk çəkirsən
qəfil amansız sevda
Məni sola çəkəndə...
Səninlə bir keçirəm
tale adlı meydanı.
Yanımdasan, bilirəm,
bir futbol topu kimi
fırladıram dünyanı...
Aysel Əlizadənin şeirlərində daha çox qadın dünyasının,
qadın yaşamının ekzistensiyası yaradılır, naturfəlsəfi məqam-
lara diqqət yönəltməklə qadının mənəvi sarsıntı və yaşantısı
ictimai-psixoloji müstəviyə çıxarılır.
Mən səni ona görə sevdim ki,
Boş yer vardı yanımda.
Ona görə sevdim ki,
o yerdən qalmayasan nigaran.
Ayselin şeirləri daha çox lirik mənin iç dünyaduyumuna
köklənir, ağrının sirayət gücü nəfəs kəsəcək qədərdir:
Getdin.
Hər yerim ağrıdı...
Səssizliyində batdım ağrının...
Bu dəfə hər şeydən çox oldu itkim..
dinə də bilmədim
Deyə də bilmədim ki,
Getmə.
Bu boyda dünyayla barışdım
Bu qədər olaya öyrəşdim
Tək çabalamaq deyil ayrılıq
Dünyaya dayanmaq deyil yalnızlıq
ən dəhşətlisi həqiqətdir
gerçəklikdir
sənsizlik...
82
Ramiz Rövşən “çətini dünyayla barışmaq imiş” deyirdi. Ay-
selin “bu boyda dünyayla barışdım” əzabı sevgi ayrılığının ya-
ratdığı ağrı qarşısında belə yenilir, onun dəhşətli həqiqəti önün-
də ram olur. Bu ovqat, vahid qəmgin notlar şairənin bütün şeir-
lərinin canına hopub. Aysel nədən yazır yazsın, hansı məzmun-
da nəsnəni dilə gətirir gətirsin ruhsal dünyasının çöküşü, ayrılıq
gerçəkliyinin doğurduğu dekadans onun lirik yaşamının aparıcı
xəttini təşkil edir. Hətta gənc qızın düşüncələri dünyanın medi-
tativ çözümünə, sərt və fəci reallıqlarına köklənəndə belə hiss
olunur: bu dalğınlıq, ümidsizlik sevgisizlik boşluğunun yaratdı-
ğı durumdur. Maraqlıdır ki, Ayselin şeirlərinindəki yorğunluq,
susqunluq, tənhalıq, qocalıq və s., və i. kimi ifadələr mənəvi
dünyanın depresyon halını sərgiləyən vasitələrdir: Sanki Kaf-
kanın cızdığı obrazdır: “o, anadan qoca və yorğun doğulub”
Heç nə dəyişmir, ata
Xoşbəxt olmur bir nəfər
Hamı dərdli, hüznlü
hamı bizdən beş betər.
Ümid tapmadı heç kim
Ümidlər harda axı?
Damarlardan qəm axır...
Gözlərdədir cəhənnəm.
Mən də ki, yaman sənsiz...
Mən də ki..boş ver,
şərhsiz...
Ayselin şeirlərinin zəif nöqtəsi də elə bu məqamla bağlıdır.
Bəzən hissin, həyəcanın təsirinə o qədər aludə olur ki, poetik
forma öz uyarlığını itirir. Şeirin effekti zəifləyir, poetik yaşam
hiss olunmur, yerdə qalan müəllifin acı fəryadı olur.
Bu üzgünlük, küskünlük çaları N.Hüseynzadənin şeirləri
üçün də xarakterikdir. Qadın yazarlar içlərini, duyğularını çöz-
mək, çatdırmaq üçün konkret ünvana, ada, üçüncü şəxsə istinad
edirlər. Bu üçüncü şəxs deyilənlərin boşluğa dəymədiyini bə-
lirtməklə bahəm, həm də bir ümid işığı kimi mənalanır.
83
getdin, öldü qonşumun böyük qızı
dəm qazından boğuldu.
mən də hər gecə boğuluram, Adilə,
hər gecə...
hardasan?
dəyişməyib buralarda heç nə
mən yenə gecəylə gündüzü qarışdırıram
həmişəki kimi yuxusuz və yorğunam
həmişəki qədər
günahkaram Adilə!
Nərminin şeirlərində çatışmayan nəsnələr çoxdur: məzmu-
nun formanı yenməsi, məzmunun təsirinə, onun nəqlinə qapılıb
poetik ritmi, intonasiyanı üstələmək çatışmazlıqları və s., v.i.
Amma Nərminin şeirlərində ehtiva olunan insan ağrısı, insan
üçün həssaslıq, qəlb narahatlığı fərdi, şəxsi duyğulardan başla-
yıb planetar düşüncə hüdudunu, dünya insanının yaşadığı ağrı-
nı, hüznü çevrələyə bilir. Bu günkü poeziya “bum”unun içində,
şeirin daha çox dünya kontekstinə köklənməsi prosesinin la-
büdlüyü məqamında Nərminin “İrana səfər edən dostum Sa-
diqə mesaj...” şeiri mənə elə ona görə maraqlı göründü ki, bö-
yük Sabirin şeirlərində tənqid predmeti olan İran neqativləri
XXI əsrin ilk çərəyində yenə də hədəfdədir, poeziya müasir
insanın dili, düşüncəsi ilə ona əzəli etirazını bildirir:
Ordakı yalançı şeyxlərin üzünə tüpür, dostum,
tüpür üzlərinə mənim əvəzimə
vur onları
...oralar ölümə daha yaxın
nə deyirlər, nə danışırlar axirətdən,
gəlibmi, yetişibmi zamanı?
Yoxsa hələ...
Sən bilərsən
kədərlidimi Arazın o tayından baxmaq
ya boşuna yazılıb bunca şeir?
toxuna bildinmi tikanlı məftillərə
84
qanatdımı əllərini
yoxsa o da yalan?...
...tüpür ordakı silahlara
sarıl cocuqlara
bir də ki
Sən de o niqablı qadınlara,
de ki...
Feyziyyənin şeirləri bizi fərdi dünyaduyumuna malik şair
“mən”i ilə üz-üzə qoyur. Bu şeirlər semantik-struktur təhlil tə-
ləb edən mətnlərdir, onlardakı məzmun və intonasiya, poetik
obraz və fiqurlar, hissin, duyğunun inikas və mənalandırılma
bacarığı özəl düşüncə tipinin məhsuludur. Feyziyyənin şeirləri
konstruksiya əsasında yazılmış şeirlərdir, bu mənada şeirlərdən
hər hansı parçanı ayırmaq onu vahid tamdan, orqanik hissədən
məhrum etmək deməkdir. Çünki Feyziyyə şeiri hansısa həyat
lövhəsinin alternativ çözümü kimi poetik təsvirə çəkir. Sevgili-
sinin yanına üzrünü yumağa gələn insan-kilsədə etirafları söy-
ləyən şəxs kimi, ön cəbhədə əsir düşən əsgərlə zorən istəmədiyi
adama ərə verilən qızın analoji təsviri, yaxud şəhid duyğuları
şəhid əsgərin ekvivalenti kimi xarakterizə edən bu şeirlərin alt
qatında ruhsal enerjinin varlığını dana bilmərik. Hətta qeyd
etməyə bilmərəm, bizdə müharibə haqqında sayagəlməz nü-
munələr yazılıb, poetik yaşamdan, duyğudan məhrum. Feyziy-
yənin şeirləri belə bir missiyada bulunmağa çalışmasa belə
müharibə ovqatı ilə bağlı ən həssas nöqtələrə işıq sala bilir.
Məsələn, onun “Gördünmü, dost, gördünmü?” şeiri dedikləri-
mizə sübutdur. Şeir poetik uzaqlıqlar arasında məna oxşarlıq-
larının tapılması, bir araya gətirilməsi baxımından maraq doğu-
rur. Amma qeyd edim ki, bəzən bu oxşarlıqlar, məna əlaqə-
lərinin tapılması cəhdi məzmunda fikir sürüşmələri yaradır,
hansısa söz, ifadə sanki bilərəkdən, süni şəklidə məzmuna
müncər edilir. Müəllifin vətən-qürbət qarşılaşmasını sərgiləyən
şeiri isə mənə daha uğurlu göründü. Burada sanki əlacsızlığın
portreti yaradılır, iki yol ayrıcında qalan ruhun narahatlığı lirik
“mən”in səssiz fəryadı şəklində üzə çıxır:
85
qurbətlərin, vətənlərin arasında qalan balam,
nə qürbəti, nə vətəni olan balam.
qalmısan yolayrıcında,
arzu ayrıcında.
kimin doğma, kimin yaddı seçəmmirsən,
nə doğmandan, nə yadından keçəmmirsən.
haça yollar qollarında uyuyanım, ovunanım,
qalmısan, ağlaya-ağlaya
önündə doğma yadların,
arxada yad doğmaların.
Dostları ilə paylaş: |