74
uşaqlıq fəsli artıq yoxdur. Rojdestvenskinin məqalələrinin birin-
də belə bir fikirlə rastlaşırıq: “Uşaqlıqdan savayı deyiləsi nə var
ki...”. Birdən birə böyümə, vaxtından tez müdrik olmağa çalışma
sanki poeziyamıza bir ağırlıq gətirib. Abstrakt mühakimələr,
fəlsəfi dramatizm və sərt psixologizmlə süslənmiş şairlərimizdə
bəlkə çatışmayan nəsnə də elə bu məqamla bağlıdır: uşaqlığın
nağıl kimi şirin aldanışı əvəzinə “daha nağıllara inanmayacaq
qədər” böyüməyin anlamaq dərdi. Rus tənqidçisi Lev Annin-
skiyə görə, “Uşaqlığın hüdudlarından kənarda harmoniya yox
olur. Uşaqlığın hüdudlarından kənarda birdən-birə abstrakt
mühakimələr başlayır”. İndi isə, konkret təhlillərə keçək.
Alik Əlioğlunun şeirlərində kanonik şeir təsəvvürlərini qırıb
da fərqli duyğular vasitəsilə yeni zamanın düşüncələrinə, duru-
muna varmaq meyli qabarıqdır. Alik Əlioğlunun şeirləri ilə
poetik fikrimizdəki sözün sərt həqiqətləri, fakt və detalın bədii
emosiyası bir qədər də güclənir, estetik fəallığını artırır. Bu
gənc yazar həyatın sərt işləkləri altında təzyiqə düçar olan in-
sanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və onu
öz keçmişinə layiq şəkildə davranmağı təlqin edir: “Atanızı
şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə Əli insanı
bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə
bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq
qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi
üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır.
A.Əlioğlunun şeirlərində ilk baxışda, sevgi də var (məs.,
“İzabellaya yazdığım şeir”) lirik həyat lövhələri də, cəmiyyət
hadisələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə
hüdudlarının var-gəl etdiyi müstəvilər də(“Uşaq səsi”, “Yetimlər”).
Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi, tənhalığı:
Yağışlı günlər başladı,
Yenə küçələrin soyuq
Görüntüsünə hoparaq,
ağlayacağam
Tək-tənha...
75
Yaxud ruhi sərgərdanlığı dayanır:
Tarix kitabını eşələdim,
Mən yox idim...
Xəritəyə baxdım,
tapammadım...
ağacların dalına girdim
budaqların arasında
gizlənib dayandım:
hardansa uşaq səsi gəldi,
çıx, tapdım...
O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin, pred-
metin mənalandırılmasından nəşət edir, o zaman onlardakı poetik
yaşam da real, canlı təsir bağışlayır. Əks halda, müəllifin lirik
qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, belə
məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, mü-
hakimələr və sillogizmlər şəklində meydana çıxır.
Sökük divarlardı vətən,
Qazılmış yerdi torpaq...
Soyuqqanlı qadındır ana,
Küçələrə tökülmüş
ölü göyərçinlərdi yollar...
...Məzar torpaqdan başqa bir şey deyil,
Şəhid də məzardan başqa...
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeir-
ləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differensial-
laşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiy-
yətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziyasının
emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş şeir-
də bu iki hissin parametrlərini ayırd etmək və şeirə onlardan
76
mütləq birinin estetik imperativləri əsasında yanaşmaq olmur.
Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellektuallıq
arasındakı təzad, fərq aradan çıxmaqdadır. Fikrimizi əsaslan-
dırmağa çalışaq:
Elvin Bakiroğlunun şeirləri bəşərin əbədi sevgi, məhəbbət
mövzusunu hədəf alır. Amma burada məhəbbətin melanxolik
çözümü ilə deyil, cılız, bir qədər də yüngül oyun simvolikası
ilə rastlaşırıq:
Sevgiyə aid nə var-
Pəncərədən at çölə.
Qorxma yemərəm səni,
Gəl bizə elə-belə.
Allah bilir səhərə
Hansı kökdə çıxarıq...
Səni sevəcəyəmmi-
Buna sonra baxarıq.
Elvinin “Vətəndaş nigahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri
də bu cür macəra – sərgüzəşt çözümlərinə köklənir. Ümumiy-
yətlə, bu gənclərin sevgiyə münasibətində fərqli baxış hakim-
dir. Bu şeirlər tam gənclik illərinin gətirdiyi coşğu və onun alt
qatından boy verən əylənmək sevdası, psevdo aşiqlik görüntüsü
ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cız-
maq imkanı yaradır, bir növ romantik uslubla postmodern
həzzin təmas nöqtəsi kimi doğulurlar.
Məsələn, Vüsal Nurunun “Sevgi operetdası” şeirinə diqqət
edək:
Mən ayağına yenəcək qədər
İzani öpəcək qədər,
Tanrı biləəcək qədər sevirəm səni
Sevirəm səni söyəcək qədər,
|