Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə31/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   27   28   29   30   31   32   33   34   ...   125
 
 
 
 
 
 
 
 
 
                                                 
*
  Məruzə 2009-cu ildə AMEA Nizami adına  Ədəbiyyat  İnstitutunda 
səsləndirilib. 
 


 
72 
GƏNC DUYĞULARIN İZİ İLƏ 
 
Hər gənc nəslin yetişdiyi,  ədəbi-bədii təfəkkürünün for-
malaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləşmə-
sində xüsusi rolu olur. Bu halda zaman məfhumu  ədəbiyyat 
üçün yalnız tarixi göstərici olmayıb, daha geniş fəaliyyət hüdu-
dunu – onun özünəməxsus yaradıcılıq ritmini, inkişaf dina-
mizmini çevrələyir.  
Artıq yeni bir ədəbi ilin proloqundayıq, deyə bilərik ki, ən 
son dövr ədəbiyyatının ümumi mənzərəsinin səciyyələndiril-
məsində, ehtiva elədiyi xarakterik cizgilərin, keyfiyyət dəyişik-
liyinin müəyyənləşməsində  Gənc  Ədiblər Məktəbini təmsil 
edən imzaların rolu və çəkisi var. 
Bu məktəbi təmsil edən gəncləri istedad baxımından uğurlu 
hesab eləmək mümkündü: Qismət, Alik Əlioğlu, C.Zeynallı, 
Z.Şəfi, Rəbiqə, G.Şamilqızı, Feyziyyə-artıq  ədəbiyyatımızda 
seçilən imzalardır. Bu gənclərin mətnlərində yeniləşən dünya 
və “mən” obrazının fərqli inikası, deformasiyaya uğramış, ənə-
nəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni dil və boya 
qatmaq cəhdi var. Sərgilədiyi mövzulardan asılı olmayaraq bu 
mətnlərin əksər hissəsində ağrılı bir Zaman var, yeni zamanın, 
müstəqillik dalğasının özü ilə gətirdiyi, habelə vurub dağıtdığı 
nə varsa əsərlərin təsvir predmeti olmaqdan yan keçmir. Yeni 
Azərbaycanın tiplər qalereyası –aclar və yoxsullar, təklər və 
tənhalar, səfil və sərgərdanlar, nakam taleli qadınlar, kimsəsiz 
insanlar - bir sözlə, “bu məmləkətin unudulmuş portretləri” 
(A.Əlioğlu) haşiyəsiz-boyasız, sərt neqativləri ilə  gənclərin 
əsərlərində  sərgilənir. Cəmiyyətə  və dünyaya kəskin münasi-
bət, həyat hadisələrinin aqressiv formada mənalandırılması, 
epizmə meyl, sərt dramatizm, hadisəçilik, süjetlilik, kəskin 
pafos, ironiya v.s. sadalanan bu keyfiyyətlərdən yan ötmür. Bu 
gənclərin yazıları sosial mənzərələrin təsvirinə açılır, sosial-
ictimai təzyiqlərdən mənəvi təbəddülatlara uğramış insanın 
ovqatı, ruhi sarsıntıları  sərgilənir. Təsadüfidirmi?!  Əlbəttə ki, 


73 
yox! Gənc yazarların keçib gəldikləri yolun arxasında parçala-
nan, işğal olunan Azərbaycan həqiqətləri, zamanın üzləşdirdiyi 
fəci və dramatik situasiyalar, sosial-siyasi problemlərin mənə-
vi-psixoloji aləmdə yaratdığı  təbəddülatlar dayanır.  Ədəbiy-
yatda isə, Sevinc Çılğının bir məqaləsində yazdığı kimi, nis-
bətən hamarlanmış yol. Nədən ki, çağdaş  ədəbiyyatımızda  ən 
son gəncliyi təmsil edən  şairlərin  əksəriyyəti üçün xarakterik 
olan keyfiyyətlər daha çox avanqard şerin qanunları  çərçi-
vəsində, düşüncə  tərzini bu model içrə buxovlayaraq bədii 
təsvirə gətirməkdir ki, bu təmayülü təmsil edənlər üçün poetik 
zəmin Salam Sarvan, R.Qaraca, M.Köhnəqala, Z.Əzəmət, Aq-
şin, Ş.Ağayar və b. şairlərdir. Yollar eyni ola bilər təbii, ancaq 
yolçuluq fərqli olmalı, hərə öz izini salmağa çalışmalıdır. Bu 
mənada, çağdaş Azərbaycan poeziyasının özünəməxsus dü-
şüncə məkanı əldə etməsində bir sıra imzalar diqqət çəkir.  
Gənc  Ədiblər Məktəbinin nümayəndələrinin yaradıcılıqlıq 
lövhələrini sərgiləyən “Ulduz” jurnalının 11-ci sayında yer al-
mış poeziya nümunələrinin  əksəriyyəti maraqlı ekspriment-
lərdir, onlar poetik axtarışlarları ilə seçilir, çağdaş poetik-bədii 
fikrin inkişafında iştirak edirlər. Həyata, cəmiyyət hadisələrinə, 
insani münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları 
olduğu kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular 
aləmindən keçirdikləri kimi ifadə etməyə çalışan bu şeirlərdə 
yeni poetik konstruksiyalar qurulur. Onlarda fərqli olmağa ça-
lışmaq meyli və bu yeniliyi formadan məzmun qatına yeritmək 
çabası da hiss olunur.  
Gənc şairlərin şeirlərində zamanla barışmaz mövqedə daya-
nan insan obrazı var. Hətta vətən, şəhər, torpaq anlayışları belə 
bu  şairlər üçün zamanı  dərkin dərinlik ölçüsü kimi mənalana 
bilir. Bir qism şairlərdə (A.Əlizadə, Feyziyyə, Rəbiqə) bu qəlb 
iztirabları şəklində, bir qismində isə (A.Əlioğlu, Sona, S. Sahil, 
V.Nuru, E.Ərşadoğlu) zamanın acı gerçəklərini qəlbindən daha 
artıq zehnindən keçirərək ifadə eləməsiylə  sərgilənir. Niyə 
belədir? Bəlkə ona görə ki, gənclərin yaradıcılığında ömrün 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin