29
mənası doğulub dirilsin" (Yusifli Cavanşir. Bir söz söylə, bu
dünyadan olmasın… Bakı: Mütərcim”, 2002, 116 s., səh. 9) yazan
C.Yusiflinin tənqidçi kimi nəsr əsərlərinə yanaşmasının özü də
əslində elə bu ali işi əyaniləşdirməyə xidmət edir. Məzmun,
ideya kənarlaşdırılır, tənqidçi həyat gerçəkliyini deyil, yazıçı
gerçəkliyini faş etməklə məşğul olur.
Yaxud "Mənim fikrimcə, indi dəbdə olan şerin şərh stixiyası
qüsurlu və ilk növbədə poeziyanın mahiyyətinə ziddir.
Məhəmməd Füzulini elə "şərh" edirlər ki, elə bil ki, bunu heç
kəs yox, məhz onlar bilir! Əslində isə, Füzuli qəzəli izah olun-
mur, məhz izah edir. Bu fikri bir az açıqlayaq. Şer izah
olunmur – şer izah edir!” [yenə orada, səh.11] deyən müəllif öz
təhlillərində sözü poeziyanın, şerin özünə verir. Təhlil predmeti
seçdiyi şerin canını, əsl mənasını (yaxud mənasızlığını!) üzə
çıxarmağa çalışan tənqidçi bununla sanki meydandan geri
çəkilir və üzə çıxarılmış məna (yaxud mənasızlıq!) bütün şer,
mətn boyu gəzişmələr edib gerçəklik olduğunu isbatlamaqla
özü məşğul olur.
Yəni C.Yusiflinin sənətdən tələb etdiyi, onda məhz həmin ali
məqamları görmək istədiyi cəhətlər var ki, onların şamil olunma
prinsipi universal və ümumi səciyyə daşıyır. Tənqidçi hər şerdən,
yaxud nəsr əsərindən ayrılıqda nəsə tələb eləmir. Bu tələbi ilk
növbədə sənətin qarşısına qoyur və bədii mətni məhək daşı
saydığı həmin tələblərə nə dərəcədə cavab verməklə dəyərləndirir.
Diqqət edək: "Şer yazmaq, təbiri caizsə, bir dəfə yaradılan
Dünyanı söküb, dağıdıb … öz fəhmi və gücüylə, nəfəsiylə
təzədən yaratmaqdır. Allahın, Tanrının yaratdığını təkrar etmək
mümkün olmadığı kimi yazmaq işi də üzü sonsuzluğa gedir,
canına-qanına bəlkə də dünyanın bütün enerjisini toplayıb nəyəsə
işarə edə biləsən!.. Və yazmağın, bədii mətn yaratmağın bütün
dəhşəti və faciəsi də burasındadır!..” [yenə orada, səh.23]
Bütün bunlarla C.Yusifli öz nöqteyi-nəzərini, şerə yanaş-
mada meyar saydığı prinsipi ifadə edir. Bəlli olur ki, tənqidçi
üçün əsl şer, əsl poeziya təkrarsızlıqdan doğan, yalnız özünü
ifadə etməyə gücü çatan yaradıcılıqda əyaniləşir. "Nəyəsə işarə
edə bilmək" – bu artıq poeziyanın ehtiva etdiyi sirrin, məc-
30
hulluğun dərki naminə dünyanın qapalı çevrəsindən təcrid
olunub sənətdə kamilliyin zirvələrini fəth etməyə can atan sər-
hədsiz ruhun əsirinə çevrilmək, oxucunu da gərginlik, müəm-
ma içində saxlayıb onu İlahi həqiqətin sirlərinə vaqif olmaq
naminə edilən fasiləsiz axtarış dövriyyəsinə qatmaq deməkdir.
Bu baxımdan, C.Yusifli 90-cı illər poeziyasının ritmi, axarı ilə
barışmayaraq yazır: "Şerimiz dünya mənzərələrini (necəliyini)
təsvir etməyə aludə olduğundan indi bütün poeziya "Dünya"
sözüylə başlayan xitablarla doludur. Və bu sözlərin hamısının
içi boşdur. Bunun başlıca səbəbi bizim poeziyada baş alıb
gedən variant yazmaq xəstəliyidir – özü də stixiya şəklində baş
verən bu proses heç vəchlə mövzu, mətləb axtarışına yönəlmir"
[yenə orada, səh.27], yaxud "İndi yaranan şerin canında bir
əsəbilik damarı çarpır, bu şerin "monumental" lövhələr yarat-
mağa hövsələsi çatmır, hər şeyi bir mətləbin, bir nöqtənin içinə
qatıb bütün çılpaqlığı ilə vermək istəyir” [yenə orada, səh.37].
Yuxarıda qeyd etdiyimiz kimi, poeziya sahəsində aparılan
axtarış əzmini daha bir tendensiya istiqamətində izləmək olar.
Bu, əsasən sovet dövründə qadağan olunmuş cərəyanların,
müxtəlif "izm"lərin 90-cı illərdə poeziyamıza tətbiq olunması
ilə əlaqədardır.
90-cı illərdə bu məsələnin qabarmasını şərtləndirən əsas
səbəb modernləşmə, dünya ədəbi prosesinə qoşulmaq arzusu
ilə bağlı idi.
Çox yaxşı haldır ki, ədəbiyyatımızın dünya ədəbi-bədii
fikrinə inteqrasiya olunması kimi tələblər irəli sürülürdü.
Bəşəriyyətin qloballaşmaya doğru getdiyi 90-cı illərdə biz də
qapalı dövriyyə ilə kifayətlənə bilməzdik. Dünya ədəbi arsena-
lından bəhrələnmə, onlara yiyələnməyə cəhdlər olduğu kimi,
həm də bu prosesə qoşulmaq, onun intensivləşməsini stimullaş-
dırmaq gərək idi. Ona görə tənqid bu fikirdə idi ki, ”… ana
sual, şah mətləb "Vahid informasiya məkanına biz nə (hansı
təkrarsız milli çalar!) artırırıq və onun yaranmasında nə ilə
iştirak edirik?” – şəklində durur. Yoxsa "dünya informasiya
məkanını” yaratmaqla başqa millətlər məşğul olsun, biz isə
ondan pay almaqla məşğul olaq prinsipi (belə vəzifə və iş
|