Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə115/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   111   112   113   114   115   116   117   118   ...   125
258 
loji nüans səhihliyi ilə əsərə gətirilir. Onun içinə gömülən keç-
mişi bir nəfəslə dirilir, cana gəlir. Bütün olaylar, geridönümlər 
qəhrəmanın təfəkküründə  məhz, bu nöqtədə inikas olunur. 
Raziyə ilə görüş, onun iti və düşüncəli cavabları Seyidin için-
dəki insanı, insanlığı tərpədir, hərəkətə gətirir. “Raziyə məndə 
çox şeyləri dəyişirdi. Hərdən unudulmuş sevginin közü yaşadı-
ğın sevgilərin alovundan daha betər olur. Qəfildən hansısa bir 
külək  əsir və  sən odlanırsan. Bütün vücudunla yanmağa 
başlayırsan...” 
Müəllif şəxsi sevgi və azadlıq eşqi uğrunda savaş motivləri 
ilə sosial-siyasi mənafeləri toqquşdurmaqla gərgin süjetli əsər 
yaratmış, eyni zamanda Cənubi Azərbaycandakı durum, mənə-
vi-sosial  şəraitlə bağlı görüntüləri  əyani olaraq canlandırmağa 
müvəffəq olmuşdur. Güney Azərbaycanın həyatı, oradakı 
ictimai-siyasi vəziyyət, rejimin insanlara çəkdirdiyi məşəqqət-
lər romanda təsirli boyalarla təsvir olunur. Bu məqam - fars 
zülmünün ifşası əsərdə iki müstəvidə - müxtəlif talelərin tragiz-
mi fonunda təsvir ediməklə gerçəkləşir. Bir tərəfdə qəhrəmanın 
uşaqlıq xatirələri dayanır, onun yaddaşında iz salan taleyüklü 
məqamlar kino lenti kimi göz önündə canlandırılır: Sulduzda 
orta məktəbdən evə qayıdan Azərbaycanlı qızların kürdlər tərə-
findən qaçırılması və təhqir olunması, bu əsnada qızların məhv 
olmuş taleləri, onları xilas etməyə yollanan yaxınlarının xüsusi 
amansızlıqla qətlə yetirilməsi, on altı yaşlı Rzanın fəci taleyi, 
Şahinin ailəsinə yaşadılan müsibətlər, anasının öz atasının gözü 
qabağında dörd kürd tərəfindən zorlanması, Kürd millətçisi 
Həjirin hekayəti, nakam Papır sevgisi, cinayətkar hakim Xal-
xalinin “kişmiş oyunu” və s., və i.; digər tərəfdə rejimin neqa-
tivləri məhbəs qanunları  çərçivəsində  sərgilənir: zindana Salı-
nan Raziyəyə işkəncələr verilir, döyülür, dırnaqları çıxarılır, öz 
əli ilə özünə qəbir qazdırılır, bakirə olduğu üçün guya cənnətə 
düşməsini əngəlləmək nədənindən bir gecəlik siğə edilir, edam 
olunandan sonra şadyanalıq edib şirni paylanılır. Bütün bu 
hekayətlər sırası əsərdə məntiqi olaraq, öz məna və mahiyyəti 


259 
ilə süjet xəttinə bağlanır və  əsas fonda qəhrəmanın-Seyidin 
hisslərinin, duyğu və düşüncələrinin çarpışmasını təsvir etməyə 
hesablanır. 
Əsərdəki hadisələr daxilən yaşanmış, predmetli, təsirli 
nəsrin nümunəsidir. Müəllif Cənubi Azərbaycanın həyatını, 
real gerçəklərini eyni dərəcədə realist, dramatik, obrazlı 
miniatürlərlə nəsrə gətirir. Bu gerçəklər, nəql olunan əhvalatlar 
silsiləsi, süjet xətti,  əsərin kompozisiyası Seyidin düşüncələri 
ilə bağlanır. Həmin fon əsasında müəllifin təsvir etdiyi dövrün 
xarakterik cizgiləri, ictimai-siyasi şəraiti, onun insan psixoloji-
sində yaratdığı təbəddülatlar təhkiyənin aparıcı xəttinə çevrilir. 
Bu kontekstdə yazışının məqsədi realizəsini tapır da. Belə ki, 
müəllif  əsərdə  təsvir elədiyi dövrün istimai-tarixi mənzərəsini 
real boyalarla canlandırmaqla yanaşı, obrazın mənəvi-ruhsal 
inkişafını cəmiyyət hadisələri ilə dolğun əlaqələndirə bilmişdir.  
Əsərin  əsas uğuru avtobioqrafiq cizgilərlə  qəhrəmanın 
düşüncələrinin birləşməsi və vahid bir idealın ifadəsinə yönəlik 
olmasıdır. Burada biz yalnız roman qəhrəmanı Seyidin deyil, 
həmçinin həmin hadisələrin canlı müşahidəçisi olan müəllifin 
yanaşması fonunda Cənubdakı durumun və  şəraitin fəci mün-
dəricəsinə vara bilirik. Əlbəttə, romanda çoxyönlü konfliktlər, 
yaxud mürəkkəb hadisələr sırası yoxdur. Burada hadisə-süjet 
planında nəzərdə tutulan əsas məsələ ortaq keçmişləri olan iki 
şəxsin yaşantıları, taleləri fonunda İranın yarıtmaz qanunlarını 
sərgiləməkdir. Müxtəlif hadisələri, obraz və detalları, habelə 
şərti-rəmzi planda eyhamları  sərgiləyən  əsər (məsələn, uğur-
suzluğun simvolu olan Papır sevgisi, qılafla örtülmüş Eynulla 
Qirxkot təhlükəsi və s.) fars zülmünə qarşı öz gücü və güc-
süzlüyü, milli düşüncə arsenalı ilə mücadiləyə qalxır. Bəs eyni 
ağrını bütünlükdə  qəhrəmanın yaşamında, onun psixologi-
yasının dərin təcəssümündə axtarsaq necə? Seyidin etirafları, 
xatirələri, dünənə dönüşü  əsərdən bir xətt kimi keçir. Bu 
xatirələrin timsalında biz qəhrəmanın içi və keçmiş dünyası ilə 
bağlı təfərrüatlara vara bilirik. Amma qəhrəmanın milli idealla, 


 
260 
azadlıq eşqi ilə bağlı düşüncələri, təsvirləri bəsit, demək olar 
ki, illüstrasiya səciyyəsi daşıyır. Yəni, yalnız onunla məhdud-
laşır ki, qəhrəman bütün əsər boyu nəql etdiyi fəci talelər 
sırasında fürsət düşən kimi həm də inqilabın fəlsəfəsini sərgi-
ləyir. Bu fəlsəfə Seyidin öz həyat praktikasında nə qədər funk-
sionaldır? Burada bir qədər duruxuruq. Çünki böyük mənada 
azadlığa aşinalıq hissi qəhrəmana yaddır və öz haqqını, səsini 
bir zindan divarları arasında susduracaq, boğacaq qədər zəifdir. 
Milli heysiyyat, milli kimlik kimi düşüncələr Seyidin yaşam 
stixiyasına daxil deyil. ”Ömür boyu gədəlik eləmişəm, bilirəm. 
Ömür boyu vicdansızlıq eləmişəm, bilirəm”- bu sözlər  əsər 
qəhrəmanının etirafıdır. Təsadüfi deyil ki, ilk dəfə zindanda 
Raziyənin dilindən eşitdiyi “milli kimlik” anlayışı Seyidi sanki 
ayıldır: “Bilirdim, nədən danışır. Çox rast gəlmişdim Raziyə 
kiminlərinə. Amma doğrusu, bura qədər mənə “milli kimlik” 
deyilən şey lazım olmamışdı.“ Seyidin bir fərd olaraq azadlığa 
təşnəliyi Raziyə ilə görüşdən, bəlkə  də elə bu sözün ehtiva 
elədiyi mənaya varmasından sonra başlayır. Seyid Raziyənin 
timsalında azadlığı görə bilir, tamını,  ətrini, rəngini duyur və 
artıq nəyin naminə mübarizə etdiyini və hətta öldüyünü anlayır: 
“Vətən” və “Vətəndaş” kəlmələrinə  məna verən insandı.” Bu 
artıq qəhrəmanın yeni doğuluşudur! “Yüz il inqilab” əsəri ilk 
növbədə, fərdin mənəvi təkamülünün, ondakı ruhsal abstak-
siyanın gücünü bütünlükdə  əsərin sirayət mənbəyinə çevirdiyi 
üçün maraq doğurur. Əsərdəki inqilab effektini də qəhrəmanın 
hadisədən hadisəyə adlayan yaddaş lövhələri, mənəvi katarsi-
sinə aparan yaşantılar sırası doğurur. Bununla da, əsərdə mətn-
daxili bütövlük əvvəldən-axıra qorunmuş olur və  bədii təcəs-
süm üzvi təsir bağışlayır.  
“Bu dünya həqiqətən də  ədalətsizliyin məkanıdı.  Ədalət 
ölənlərin xülyasıdı. Məncə,  ədalətdən gülməli bir şey yoxdu. 
Mən bu zibillikdə  ədalətin uğrunda döyüşənləri də,  ədalətə 
tüpürənləri də yaxından gördüm. Məncə, ədalət yoxdur. Bu dün-
yada yeganə  həqiqət-Müharibədir!”  İnqilab fəlsəfəsi – 


261 
romandan keçən əsas qayə kimi aktuallanır. Ondan başlanır ki, 
qəhrəmanın düşüncələri qanadında Təbrizin qanlı portretinin 
seyrinə dalırıq, onun başı dümanlı yüz ilinin daha bir səhifəsini 
çeviririk. Onda qurtarır ki, əsərin qəhrəmanı Seyid içindəki şərə 
üsyana qalxır, inqilab edir, “bu dünyadan dörd alçağı azalt-
maqla”  ətalət buzunu sındırır. Bununla da, müəllif bir insanın 
şüurunda qopan inqilab tufanı ilə dirilmə prosesini təqdim edir. 
Roman bitir, bədii mətn isə hələ bundan sonra başlayır.  
 
* * * 
Yüz ilin inqilabları, müharibələri... Nə qazandırır topluma? 
Bir halda ki, hər cəhd elə yerindəcə boğulur, azadlıq fədailəri 
xəyanətin qurbanına çevrilirlər.  İsmayıl  Şıxlının “Ölən dün-
yam” romanında belə bir epizod var. “Troyka” adına qərarlar 
çıxaran və qanlar tökən Fətullayev həbs edilmiş Çapıq Əmraha 
sual edir: 
“- Gəncədə döyüşdünüz. Insan qırğınından başqa nə qa-
zandınız? 
Çapıq  Əmrah da ayağa durdu və  Fətullayevlə döş-döşə 
dayandı: 
Mərdlik. Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaq-
lığa, xəyanətə öyrətdiniz. Hamını  qırdınız, tökdünüz, elədiniz 
gözü qıpıq. ... Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. 
Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalı-
şırsınız...”  
Bu sualın tutarlı cavabı ilə elə “Yüz il inqilab” romanında da 
qarşılaşırıq: “Müharibə azadlığa aparıb çatdırmasa da, azad 
insan yarada bilər!” Azadlığın müqəddəs yolu elə bu cür müba-
rizələrdən, inqilablardan başlayır. Yüz il davam etsə belə... 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin