Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə112/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   108   109   110   111   112   113   114   115   ...   125
 
 
 


 
250 
İTİRİLMİŞ GƏNCLİYİN ROMANI 
 
(Qan Turalının “Mustafa” romanı haqqında
 
Yeni nəsr əsərləri içərisindən Zaman anlayışı xüsusi məqam 
kimi keçir. Adətən, yaşlı  nəsildə bu məqam keçmişə nostalji, 
onun hər çərəyinə münasibətdə mühafizəkarlıq formasında 
təzahür edirsə, gənc nəsildə keçmiş zaman və onun gətirdiyi 
hər şeyə qarşı pessimist, dünənindən incik, küskün ovqatda üzə 
çıxır.  Bu mənada, müasir ədəbi gəncliyi təmsil edən  əksər 
yazarların toxunduqları mövzular bir ortaq nöqtədə birləşirlər. 
Onların hamısında ağrılı Zaman obrazı var, itirilmiş gəncliyin
puç olmuş arzuların arxasınca qoşmaq nədənilə yaxın keçmişə 
doğru hərəkət var. Bu eyni kontekstdən gələn informativ 
kodların, tarixi-mənəvi proseslərin doğurduğu eyni məzmunlu 
gerçəklikləri yaşamaqla bağlıdır. 
Səbəb aydındır: gənclərin yetişdikləri dövr 1990-cı illərdir 
ki, bu dövrə xas olan bütün fəci reallıqlar onların baxışlarına 
xüsusi təsir göstərib: müharibə, yurd itkisi, şəhidlik ağrısı, 
müxtəlif qətllər, zorakılıqlar, soyqırım dəhşətləri, ictimai-siyasi 
xaos, mənəvi-əxlaqi deqradasiya və bütün bunları tarixi tale-
yində daşımağa müncər olmur insan həyatı. Buna görə də gənc-
lik dövrü məmləkətin sərt sınaqlar və  fəci yaşantılar dövrünə 
düşənlərin istər geriyə, istərsə  də  gələcəyə yonələn baxışında 
ancaq və ancaq yaddaşlarına hopmuş, lokal əlacsızlıq məngə-
nəsində çabalayan insanın portretini sərgiləmək missiyası var. 
Tənqidçi L.Anninski rus nəsrində mövcud olan eyni məqamı 
xarakterizə edərək yazır: “Onlar (yəni gənclər-E.A) həyata elə 
bu cür də daxil oldular- gözlərini geniş açaraq və küləkdən 
boğula-boğula. Onlar gənclik maksimalizmi ilə biz bu həyata 
bir gənc kimi, şövqlə və cəsarətlə qədəm qoyuruq, yarımhəqi-
qətləri və yalanı deyil, yalnız həqiqəti üstün tuturuq - deyə 
bəyan edirdilər.”  
Bu, milli müstəqillik dövrünün nəsridir, 1990-cı illərdən 
başlayaraq Azərbaycan gerçəkləri ardınca elə mövzular gətirir 


251 
ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Həmin 
xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük 
zərbəni insana vurur, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin 
sabitliyi arasındakı  əlaqənin pozulmasına gətirib çıxarır: qlobal 
tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yad-
laşmasını  şərtləndirmiş olur. Həmin dönəmin mahiyyəti, onun 
yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının 
düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmir.  
Qan Turalının “Mustafa” romanında yaxın keçmişimizin 
mənzərəsi, keçib gəldiyimiz illərin çəkdirdiyi sarsıntıların izləri 
var.  “Yazılanlar ilk növbədə bu dünyadan keçib, bu dünyada 
yaşanılmalıdır”. Mustafa keçib gəldiyi dünyanın sarsıntısını 
mənəvi taleyində daşıyan obrazdır. Tələbə yoldaşı Nilufərə, 
bundan  əvvəl isə dörd nəfərə etdiyi sevgi etirafından rədd 
cavabı alan Mustafa ümidsizliyə  uğrayır. Daxilən onsuz da 
ünsiyyəti sevməyən Mustafa bundan sonra bir qədər də pes-
simizmə qapılaraq mehrini yalnız kitablara salır. Kitablara olan 
aludəliyi onu siyasi qruplaşmalara gətirib çıxarır. O, ideallarla 
yaşamağa başlayır, cəmiyyət düzəninin harmoniya əldə etməsi, 
sosial bərabərlik naminə pevanşist mövqedə bulunur. Lakin 
buradakı cəhdi də alınmır və o məhbəsə salınır. Üç illik zindan 
həyatından sonra Müstafa kənddə  çəkilir, burada müəllimlik 
etməklə öz içi, təkliyi ilə baş-başa qalır. 
Romanda nəql olunan hadisələr düz səkkiz il bundan əvvələ 
gedib çıxır. Qəhrəmanın səkkiz il əvvəl yazdığı “Ay işığı” po-
vesti onun yaddaşında keçmişilə bağlı müəyyən asossiasiyalar 
doğurur və o, həmin zamanın xatirəsinə dalaraq mətnləri dilə 
gətirir. Bu yanaşma qeyri-ixtiyari olaraq mətndə iki və daha 
çox zaman müstəvisində  gəzişmələrə yol açır. Adətən, retro-
speksiya halları, psixoloji geridönümlər travmatik zərbələr 
sonrası hasilə  gəlir, bu hadisələrdən sonra insan şüurunda hə-
min prosesləri mütəmadi olaraq yenidən yaşamaq, yaxud rahat-
sızlığını daim hiss eləmək şəklində meydana çıxır. Müstafanın 
həyat tərzi bunların bir çoxunu yaşamağa hesablanıb. Uğursüz 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin