Microsoft Word yeni vəSAİT. docx


Qeyri-maddi mədəni irsin qorunması haqqında



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   7   8   9   10   11   12   13   14   ...   140
ADIAK-YENI VƏSAİT (1)

 
Qeyri-maddi mədəni irsin qorunması haqqında
KONVENSİYA 
Bundan sonra “YUNESKO” adlandırılacaq Təhsil, elm və mədəniyyət məsələləri 
üzrə Birləşmiş Millətlər Təşkilatının 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-
dək Parisdə 32-ci sessiyasına toplaşan Baş konfransı, insan hüquqları haqqında 
mövcud beynəlxalq hüquqi sənədlərə, xüsusilə də 1948-ci il İnsan hüquqları 
haqqında Ümumi Bəyannaməyə, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar 
haqqında Beynəlxalq Pakta, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında 
Beynəlxalq Pakta istinad edərək,
YUNESKO-nun 1989-cu il Ənənəvi mədəniyyətin və folklorun qorunub 
saxlanmasına dair Tövsiyəsində, YUNESKO-nun 2001-ci il mədəni müxtəliflik 
haqqında Ümumi Bəyannaməsində və Mədəniyyət Nazirliyinin üçüncü dəyirmi 
masasında qəbul edilmiş 2002-ci il İstanbul Bəyannaməsində qeyd olunduğu kimi, 
qeyri-maddi mədəni irsin mədəni müxtəlifliyin mənbəyi və sabit inkişafın 
təminatçısı kimi əhəmiyyətini nəzərə alaraq,
qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılığı 
nəzərə alaraq,
qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun 
təzələnməsinə şərait yaratmaqla yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol 
açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin 
çatışmazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və 
dağıdılması üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edərək,
bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla 
can atıldığını və bununla əlaqədar yaşanan ümumi narahatlığı dərk edərək,


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
15 
icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin 
qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən 
bərpasında mühüm rol oynadıqlarını, bununla da mədəni müxtəlifliyi 
zənginləşdirdiklərini və insan yaradıcılığına rəvac verdiklərini etiraf edərək,
YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə 
də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 
Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətinin böyük əhəmiyyətini 
qeyd edərək,
daha sonra, hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi 
qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmadığını qeyd edərək,
mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin 
qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə 
zənginləşməyə və əlavələr edilməyə ehtiyacı olduğunu nəzərə alaraq,
qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc 
nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyini nəzərə alaraq,
beynəlxalq birliyin Konvensiyanın iştirakçısı olan dövlətlərlə birlikdə əməkdaşlıq 
və qarşılıqlı yardım ruhunda bu cür irsin qorunmasına kömək göstərməsini vacib 
hesab edərək, qeyri-maddi mədəni irslə, xüsusilə də bəşəriyyətin şifahi və qeyri-
maddi irsinin şah əsərlərinin elan edilməsi ilə bağlı YUNESKO-nun proqramlarını 
xatırladaraq, insanlar arasında yaxınlaşmaya, mübadiləyə və qarşılıqlı anlaşmaya 
rəvac verən amil kimi qeyri-maddi mədəni irsin əvəzsiz rolunu nəzərə alaraq, 
2003-cü il oktyabrın on yeddisində bu Konvensiyanı qəbul etdi.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin