SƏRƏNCAM
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
10
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən
biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər
yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili
kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman
müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana
dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni
dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun
qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur.
Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və
qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili
siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı
mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki
yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti
sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.
Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması,
xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan
dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni
dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə
görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy
Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov,
Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.
Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq
bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli,
Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid
Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü
görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə
dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni
tədqiqatların meydana çıxmasına təkan vermişdir.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
11
1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda
mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının
Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və
Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli
aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan
sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil
Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf
yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin
yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə,
Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev,
Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız
dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.
Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə
başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana
dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə
göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət
quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci
illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan
dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər
üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu
öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək
respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və
ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən
qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm
aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır.
SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz
Bakıda nəşr edilirdi.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra
Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında
dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
12
Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət
meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə
çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz
imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi
dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad
ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də
həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi
sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.
Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili
olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya
kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən
filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir
qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır,
dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı
səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən
adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil,
ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.
Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab
verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında
dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda
müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik
əhəmiyyət daşımayan bəsit mövzular seçilir.
Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv
dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris
vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur.
Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid
olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan
qaldırılmamışdır.
Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk
dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
13
dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və
mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır.
Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və
tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində
vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq
Dostları ilə paylaş: |