Microsoft Word yeni vəSAİT. docx


Elmi işlər barədə təqdimatların hazırlanması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə130/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   126   127   128   129   130   131   132   133   ...   140
ADIAK-YENI VƏSAİT (1)

 
Elmi işlər barədə təqdimatların hazırlanması.
Təqdimatın hazırlanmasına 
başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir. 
Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən 
keçirək. Dissertasiya işinin müdafiəsi Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə. 
Məsələnin qoyuluşu və alınan nəticələrin sadalanması üzərində diqqəti 
cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi 
aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra 
bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və 
onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar 
üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar 
kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər. 
Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək 
məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə 
suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd 
edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyə 
edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. Adətə fəlsəfə doktoru dissertasiyası 
15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqiqə çəkir. 
Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi 
və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat 
hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə 
biləcək dinləyicilərin sayından asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın 
heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin 
fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və 
diqqəti işin mahiyyətindən yayındırmamalıdır.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin