Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya
və s.) yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər
Tapşırıq
. Suallara cavab verin.
1.
Elmi tədqiqat üzrə icmal məqalələri necə hazırlanmalıdır?
2.
İcmal məqalənin hansı növləri vardır?
3.
Elmi işlər zamanı təqdimatlar necə hazırlanır?
4.
Elmi təqdimatlar ən çox hansı proqram vasitəsi ilə həyata keçrilir?
5.
Akademik yazı qaydaları necə tərtib olunmalıdır?
Tapşırıq
. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimat hazırlayın.
Slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlamalıdır?
Slaydda nə təqdim olunmalıdır?
Slaydda nədən danışılmalıdır?
Növbəti slayda keçid necə olmalıdır?
Tapşırıq
. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi (və
ya ) fikirlərini yazılı formada çatdırmaq üçün tezis, məqalə, dissertasiya və
s. yazmaq haqqında tapşırıq alır. Bu tapşırıqların öhdəsindən gəlmək üçün iki və ya
üç səhifədən ibarət məqalə hazırlayın.
Tapşırıq
. Aşağıda verilmiş məqalənin xülasəsini tərtib edin.
Səhvi özündə axtarmaq gözəl əxlaqın göstəricisidir.
İnsanlar bir problemlə qarşılaşdıqları zaman səhvi öncə özlərində deyil, qarşı
tərəfdə axtarmağa meyil edirlər. Özlərini haqlı çıxarmağa çalışaraq, dəlillər tapmağa
cəhd göstərir və bu dəlillərə əsaslanaraq hadisələri və ya mövzuları birtərəfli şəkildə,
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
181
yalnız öz tərəflərindən qiymətləndirirlər. Halbuki çox vaxt hər hansı bir hadisədə hər
iki tərəfin də haqlı olduğunu göstərən dəlil tapmaq olar. Bəzən bir adam 100% haqlı
ola bilər. Amma çox zaman 5%-lik bir nisbətdə də olsa, qarşı tərəfin də özünə görə
haqlı olduğunu göstərən bir səbəb olur. Bu 5%-lik hissə də onun tamamilə haqlı
olduğuna inanması üçün kifayət edir. Az da olsa əlində haqlılığına dair bir dəlil
olması, digər tərəfin 95% haqlı olduğuna aid dəlilləri görə bilməməsinə səbəb olur.
Bəzən də iki fərqli aspektdən yanaşanda, bir hadisənin iki fərqli görünüşü ola bilər.
Hadisəyə bir tərəfdən yanaşan insanın diqqətini çəkən detallar bir cür, həmin
hadisəyə digər tərəfdən yanaşan şəxsin fikirləri tamamilə başqa cür olur. Məsələn,
bir adam uzaqdan baxanda, birini yemək yeyərkən gördüyünü sanır. Halbuki ortada
göz yanılması var. Yaxından baxdığı zaman, əslində, bu adamın yeməkdən yalnız
bir qaşıq götürüb qoxuladığı və sonra yerinə qoyduğunun fərqinə varır. Bəzən
insanlar bu cür vəziyyətdə qarşı tərəfin məlumatlarına sahib olmadıqlarından öz
bildiklərində israr edər və hətta digər tərəfi doğru danışmamaqla ittiham edə
bilərlər.
Bəzən də bir insan həqiqətən haqlı ola bilər. Amma buna baxmayaraq, qarşı tərəf
bəzən təkəbbür, bəzən nəfsini müdafiə etmək arzusu, ya da hirs kimi səbəblərlə
mövzunun əksini iddia edə bilər. Burada bir neçə misalla açıqlanan vəziyyətlərdə
insan (doğruluğundan 100% əmin olsa belə) səhvi əvvəl özündə axtararaq ən gözəl
olan davranış üslubunu seçməlidir. Bu, hər şeydən öncə Quran əxlaqının tələbidir.
Yəni təvazökarlığın, yetkinliyin, səmimiyyətin, əmin-amanlığın və nəzakətin
tələbidir. İnsan nə qədər haqlı olsa da, qarşı tərəfi birbaşa günahlandıran üslubdan
istifadə etməməlidir. Allah möminlərə bir-birləri üçün "sözün ən gözəlini
söyləmələrini" bildirir və bu cür vəziyyətlə qarşılaşarkən gözəl olan davranış qarşı
tərəfi birbaşa təhqir etmək və ya əsəbi üslubdan istifadə edərək haqlı olduğunu sübut
etmək deyil. Mömin mütləq təvazökar üslubla "mən səhv görə bilərəm", "yəqin
mənə elə gəlmişdir", "mən unuda və ya yanıla bilərəm", "səhv xatırlaya bilərəm" və
s. kimi səmimi üslublarla əvvəlcə ortadakı səhvin səbəbini özündə axtarar.Həqiqətən
də, insan acizdir. O, çox rahatlıqla unuda, yanıla, səhv xatırlaya, hadisələri, adları
bir-birinə qarışdıra bilər. Bu səbəbdən, aciz olduğu halda özünün səhvsiz olduğunu
iddia etməz.Həmçinin, mömin əxlaqında nəzakət böyük əhəmiyyət kəsb edir. Bir
mövzuda doğru olanı müdafiə etmək qarşı tərəfi incitmək, narahat etmək, çaxnaşma
və ya mübahisə mühiti yaratmaq demək deyil. Mömin xatırlatma və ya tənqid etdiyi,
ya da həqiqəti dilə gətirdiyi zaman mütləq qarşı tərəfi ən az narahat edəcək tərzdə,
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
182
mühiti gərginləşdirməyəcək, sevgi dolu, nəzakətli, mübahisə yaratmayan mülayim
bir üslub seçməlidir. Həmçinin, belə bir əxlaq göstərilərkən, yəni haqlı olduğu
zaman səhvi öz üzərinə götürən adam təvazökar, sevgi dolu bir üslubla yaxınlaşarsa,
səhvi olan adam da bu gözəl davranışdan utanıb eyni təvazökarlıqla cavab verməyə
cəhd edər. Belə bir əxlaqın yaşanması nəticəsində səhvi olan adamın öz səhvini asan
şəkildə görüb qəbul etməsinə zəmin yaranar. Bu səbəbdən, müsəlman əxlaqı ilə
gözəl nümunə göstərərək qarşı tərəfin də eyni əxlaqla hərəkət etməsinə vəsilə olar.
Hirsli şəkildə haqlılıq iddiası ilə mübahisə etməklə qarşı tərəfə haqlı olmadığını
göstərməkdənsə, bu səmimi əxlaqın yaşanması, Allahın diləməsilə, daha gözəl
nəticəyə vəsilə olar.
Dostları ilə paylaş: |