Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   2   3   4   5   6   7   8   9   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Vasitəsiz ünsiyyət
heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və 
ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını 
nəzərdə tutur. 
Vasitəli ünsiyyətə
gəldikdə o, vasitəçilərin köməyi ilə həyata 
keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar zaman və məkanca bir-
birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət 
aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə 
olunur. Bunlara 
əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik 
edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 
kompüteri 
və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha 
mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, 
qlobal internet 
sistemi
istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları 
əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri 
ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 

etmək imkanı yaradır. Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin 
verbal 
və 
qeyri-verbal
 
növləri xüsusilə diqqəti cəlb edir. 
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 
 
Tapşırıq:
Suallara cavab verin.
 
 
1.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin 
məqsədi nədir? 
2.
Kommunikasiya haqqında nə bilirsiniz? 
3.
Ünsiyyətin mühüm tərəfləri hansılardır?
4.
Məzmunundan asılı olaraq ünsiyyətin hansı növlərini göstərə bilərsiniz? 
5.
İşgüzar fəaliyyətlə bağlı ünsiyyət deyəndə nə başa düşürsünüz? 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin