Microsoft Word yeni vəSAİT. docx


Sual: Sizin güclü tərəfləriniz nələrdir?



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   47   48   49   50   51   52   53   54   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Sual: Sizin güclü tərəfləriniz nələrdir?
 
Bu sual hər cür iş və müsahibə növündə öndə gələnlərdəndir. Burada belə 
cavablardan qaçın “bilmirəm”, “bunu məndən yox, ətrafdan soruşmaq lazımdır”. 
Bu sualı verən şəxs bilmək istəyir ki siz özünüzü nə qədər yaxşı tanıyırsınız. 
Burada iş təsvirinə baxın və çalışın müəyyən edəsiniz ki, burada ən çox ehtiyac 
duyulan bacarıqlar hansılardır və onlar sizdə varsa, onları qeyd edə bilərsiniz. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
74 
Bir sira uğurlu misallar: prioritetlərə görə düzmək bacarığı, problem həll etmə 
qabiliyyətləri, təyziq altında işləmə bacarığı, layihəyə fokus olma bacarığı, peşəkar 
ekspertiza, liderlik bacarığı, pozitiv münasibət. 
Sual: Sizin zəif tərəfləriniz nələrdir?
 
Burada da eyni şəkildə məqsəd namizədin özünü nə qədər tanıdığını müəyyən 
etməkdir. 
Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə 
toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə 
toxunmaq lazım gələcəkdir. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin 
həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər 
aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan 
udmuş olur. Digəri isə həqiqətən zəif olan lakin üzərində çalışdığınız xüsusiyyət 
ola bilər – misal üçün, “Excel proqramını bilmirəm, lakin kursa yazılmışam və 
inkişaf etdirməyə çalışıram”. 
Sual: İşinizdə ən böyük nailiyyətləriniz nə olmuşdur?
 
Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki, 
siz nəyəsə nail olan və özündən əmin olan insansınız. 
Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən 
danışın. Bunu niyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah 
etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xarakteristikasına da istinad edin. 
Məsələn, rəhbərinizin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın 
yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf 
edən insan təsəvvürü də oyatmayın. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin