Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   49   50   51   52   53   54   55   56   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Mövzu 9 
 
1.
 
Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi.
2.
 
Layihə hazırlığı və onun təqdimatı. Layihənin təqdimatında tələb 
olunan elementlər.
3.
 
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. 
 
Layihə fəaliyyətlərinin loqistik dəstəyi şifahi xalq nitqinin bacarıqlarından və 
müvafiq texniki vasitələrdən istifadə etməklə məlumatları ciddi ardıcıllıqla təqdim 
etmə qabiliyyəti kimi qiymətləndirilməlidir. 
Logistika 
məhsulun, əmtəənin, servizin müştərinin təlabatını ödəmək üçün hər hansı 
başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi 
prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların 
komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da 
daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də 
məşğul olur. 
Qədim yunan dilində 
logos
“idrak”, 
log
“təfəkkür”, 
logismas
“fikir hesablama 
planı”, 
loqo
“müzakirə etmək”, 
logistika
“hesablamaların praktik aparılma 
mədəniyyəti” 
kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatları 
nəqletmə və yerdəyişmə mənasını daşıyırdı. Qədim Romada loqistiklər legionerlərin 
yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda 
Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri 
logisteriya
adlanırdı.
Logistikanın ümumi vəzifələri:
logistikanın qarşısında duran məqsədlərə çatmaq 
üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. 
Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində 
özünün ümumi və xüsusi xarakterik logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, 
onlar da aşağıdakılardan ibarətdir: Logistik konseptual ideya mövcud şəraitdə ən az 
mümkün xərclərlə firmanın bazarda baş verən dəyişikliklərə uyğunlaşmasıdır ki, 
bazar payının artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan 
ibarətdir. 
Logistikanın xüsusi vəzifəsi:
1.
Material, informasiya, maliyyə, kadr və sair axınların arasında 
uyğunluğun təmin edilməsi; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
77 
2.
Material axınlarının dispetçerləşdirilməsi və onun fasiləsiz 
informasiyalarla təmini; 
3.
Məhsulun fiziki bölüşdürülməsi, strategiyası və texnologiyasının 
müəyyənləşdirilməsi; 
4.
İstehsal – anbarlaşdırma – nəqliyyat – satış arasında rasional nisbətin 
yaradılması; 
5.
İstehsal ehtiyatlarının idarə edilməsi prosesinin optimallaşdırılması; 
6.
Yüklərin saxlanması və nəqli müddətinin maksimum azaldılmasına 
nail olunması. 
 
Logistika aşağıdakı yarımbölmələrə bölünür: 
ü
Hərbi logistika 
ü
Biznes logistikası 
ü
Tədarük logistikası 
ü
Paylama logistikası 
ü
Satış logistikası 
ü
Nəqliyyat logistikası 
ü
Ehtiyat logistikası 
ü
Anbar logistikası 
ü

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin