Müəllifə istinadetmə.
Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi
əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat
sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı
tanışlıq tələb edir. Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək
və onların fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat araşdırmanız nəticəsində
siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub adətən,
istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır. Müəllifə istinad məsləhətləri •
İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz.
Akademik kommunikasiyada etiket qaydaları. Elmi məruzələrdə intonasiya,
diksiya, səs tembri və pauzanıın əhəmiyyəti.
Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və
məsuliyyətin göstəricisidir.
Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar “ümumi dil” rolunu
oynayır, yəni fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini
anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin oxunu
sadələşdirir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı
məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq
da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba bənzətmək olar ki, bu
“gözlər”in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və quruluşu
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
175
haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı onun saxlandığı
rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə bilər. Çünki onun
harada yerləşdiyini yaxşı bilir.
Beynəlxalq akademik yazı qaydalarının dünya səviyyəsində qəbul edilmiş
modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, gəlişdirilmiş və tətbiq edilmişdir. Başqa
sözlə, uzun müddətli tətbiq nəticəsində sınanmış, hərtərəfli müzakirə yolu ilə
təkmilləşdirilmiş və “cilalanmış” bir modeldir. Bu səbəbdən də səmərəsi
çox az adamda şübhə doğurur.
Sərbəst, səlis, rabitəli, maraqlı danışmaq akademik kommunikasiyanın əsas
tələblərindəndir. Bu baxımdan elmi məruzələrdə intonasiya, diksiya, səs tembri və
pauzanın əhəmiyyəti böyükdür
və təqdimat prosesində aşağıda qeyd olunanlar
mütləq diqqətdə saxlanılmalıdır:
1. Düzgün nəfəs alınması; bol oksigen rahat danışığın, çıxış edərkən həyəcanın dəf
edilməsinin əsas silahıdır. Düzgün nəfəs alanların səsi daha dolğun olur, beyinləri
daha aktiv işləyir, onlar gec yorulur və məhsuldar olurlar. Bu baxımdan təqdimat
prosesində fasilə (pauza) anları düzgün seçilməlidir.
2. Səs tellərinin dolğunlaşdırılması; cəlbedici səs insan haqqında müsbət fikir
formalaşdırır, onu daha cazibədar edir. Bu baxımdan səsin tembri əhəmiyyətlidir.
3. Ağız tənbəlliyi aradan qaldırılmalı; necə ki hərfləri əyri-üyrü yazanda xətt pis
olduğu kimi, səslər də ağızdan bu şəkildə çıxanda nitq anlaşılmaz olur. Ağız aparatı
aktivləşincə hər şey əla efekt vermis olur. Təqdimat prosesində diksiya əhəmiyyəti
rola malikdir.
4. “Nə demək yox, necə demək önəmlidir”. Bu mərhələdə intonasiya üzərində iş
gedir. Söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin üsulları
müəyyənləşməli və ona əməl edilməlidir.
5. Söz ehtiyatı nə qədər çox olarsa, nitq də bir o qədər maraqlı, axıcı olacaq. Söz
bazasını artırmaq, nitqə yeni sözlər daxil etmək vacib amillərdəndir.
6. Nitqi ləhcədən, jarqonlardan, parazit sözlərdən, mənfi fikir yaradan ucuz
yanaşmalardan təmizləmək.
7. Təqdimat zamanı insanın rahatlığı, özünü sərbəst aparması önəmlidir.
8. Bədən dilini doğru-düzgün danışdırmaq, tam məqamında bundan istifadənin min
sözə bərabər olduğunu anlamaq.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
176
Dostları ilə paylaş: |