Akademik kommunikasiyanın elementləri, xüsusiyyətləri və növləri. Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya və s.) yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər Tapşırıq . Suallara cavab verin.
1.
Akademik yazı ilə digər yazı növləri arasındakı fərqlər hansılardır?
2.
Akademik yazı yazarkən daha çox nələrə diqqət yetirməliyik?
3.
İstinadetmə və sitatgətirmə nədir?
4.
Akademik yazının quruluşu hansılardır?
5.
Akademik kommunikasiyanın etiket qaydaları hansılardır?
Tapşırıq . Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq
köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını
və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd
etmək lazımdır. Aşağıdakı nümunələr əsasında yeni sitatlar hazırlayın.
Nümunə “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media
təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə
əlaqədar olaraq, onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da
bilər.” Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney,
NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Tapşırıq . Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların
hər biri üçün sinonimlər və ya alternativ frazalar tapmağa çalışın.
Tapşırıq . Aşağıdakı nümunədə müəllifin fikirləri nümayiş etdirilmişdir. Bunlardan
hansılardır?
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri
yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden
həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm
də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş
dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar
barədə öyrənməsinə imkan verən şərait yaradır.