AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
177
3.
Dissertasiyanın tərtibi qaydaları.
4.
Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi,
dissertasiya və s.) yazmaq və hazırlanması qaydalarına aid
nümunələr üzrində praktik işlər.
Elmi tədqiqat mövzusu üzrə icmal məqalənin hazırlanması.
İcmal –
mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi
emal etmə yolu ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında
mövzunun yekun xarakteristikasını vermək – bu icmalın məxsusi funksiyasıdır.
İcmalların xarakterik xüsusiyyətləri
1. problem xarakterli; 2. orijinal xarakterli; 3.
sistematik xarakterli.
Biblioqrafik icmal.
Bu icmal informasiya mənbəyi
kimi ilkin sənədlərin
müəyyən dövr ərzində və yaxud da hər hansı birləşmiş ortaq əlaməti üzrə xülasəsi
yaranmış xarakteristikanı əks etdirir.
İcmal məqalənin növləri.
Ədəbiyyat icmalı məcburən istənilən elmi işin
tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş suala müvafiq hazırda
mövcud olan nöqteyi-nəzər təhlil edilir. Müəllif
vəzifəsi-müxtəlif alimlərin
baxışlarını öyrənmək və onlar arasında öz işinin yerini müəyyən etmək, onun
xüsusiyyətlərini (unikallığını) göstərməkdir. İcmal girişdə və yaxud da ayrıca başlıq
kimi təqdim edilə bilər. Ədəbiyyat icmalının əsas məqsədi - seçilmiş elm sahəsində
biliyin cari sərhədlərinin müəyyənləşdirilməkdən, sələflərin
işlərindəki müstəqil
tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri aşkar etməkdən ibarətdir.
İcmalın sonunda gələcək tədqiqatların perspektivləri haqqında nəticələr tədim
edilməlidir.
İcmal məqalənin 1. Adı. Oxucunu maraqlandıracaq vacib elementdir. 2.
Annotasiya. Annotasiyada iş haqqında ümumi, qısa təqdimat verilir.
Müəllif
annotasiyanı yazılan anda məqalənin nə barədə yazılacağını,
onda oxucu üçün
maraqlı və vacib olan məqamları özlüyündə yaxşı təsəvvür etməlidir. Bu zaman
yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır. Giriş.
Giriş oxucuya işin quruluşu və onun elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat
verməklə, onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa
o həmin bölmələri oxuyacaqdır. Əsas hissə. Yadda saxlayın ki,
icmal məqalə
biblioqrafik icmal deyildir. Sizin vəzifəniz elmi problemin öyrənilmə səviyyəsini
göstərmək, imkan daxilində baxılan problemə aid işlərə kritik yanaşmaq və bu işlərə
əsaslanan nəticələr çıxarmaqdır. Nəticələr. İcmal məqalənin nəticələri –
gələcək
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
178
tədqiqatların davam etmə istiqamətlərini tövsiyə etməkdən və toxunulan konkret
problemi həll etmək üçün elmi innovasiyaları tətbiq
etmək təklifini verməkdən
ibarətdir.
Dostları ilə paylaş: