AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
72
səbəb ola bilər. İşgüzar müsahibədə ən çox qarşınıza çixa biləcək suallara və cavab
vermə texnikasına diqqət edin. Öz aranızda bu mövzuda dialoqlar qurun.
MÜSAHİBƏ
Sual: Özünüzü təqdim edin.
Müsahibə normalda bu suallarla başlayır və ilk cavabın təsiri müsahibənin
gedişatına təsir göstərir. Sadə sual kimi görsənir, lakin bir çoxları “nə deyim, heç
bilmirəm” deyir. Suala qısa, 2-3 dəqiqəlik özünüz barədə məlumat verin.
Sual: Nəyə görə sizi seçməliyik?
Müsahibə götürən şəxs Sizə “Nəyə görə sizi seçməliyik?” sualını verəndə əslində
“Sizin hansı xüsusiyyətləriniz sizi bu işə ən uyğun namizəd edir?” deyə soruşur.
Bu suala cavab vermək üçün siz:
ü
Müsahibədən əvvəl bu işin təsviri ilə tanış olursunuz;
ü
İşə götürənin hansı xüsusiyyətləri axtardığını müəyyənləşdirirsiniz;
ü
Bu xüsusiyyətləri sizin bacarıq və səriştələrlə qarşılaşdırırsınız;
ü
Sizdə bu xüsusiyyətlərin olduğunu qeyd edib inandırırsınız.
Dostları ilə paylaş: