AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
74
Bir sira uğurlu misallar: prioritetlərə görə düzmək bacarığı, problem həll etmə
qabiliyyətləri, təyziq altında işləmə bacarığı, layihəyə fokus olma bacarığı, peşəkar
ekspertiza, liderlik bacarığı, pozitiv münasibət.
Sual: Sizin zəif tərəfləriniz nələrdir?
Burada da eyni şəkildə məqsəd namizədin özünü nə qədər tanıdığını müəyyən
etməkdir.
Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə
toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə
toxunmaq lazım gələcəkdir.
Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin
həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər
aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan
udmuş olur. Digəri isə həqiqətən zəif olan lakin üzərində çalışdığınız xüsusiyyət
ola bilər – misal üçün, “Excel proqramını bilmirəm, lakin kursa yazılmışam və
inkişaf etdirməyə çalışıram”.
Sual: İşinizdə ən böyük nailiyyətləriniz nə olmuşdur?
Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki,
siz nəyəsə nail olan və özündən əmin olan insansınız.
Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən
danışın. Bunu niyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah
etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xarakteristikasına da istinad edin.
Məsələn, rəhbərinizin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın
yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf
edən insan təsəvvürü də oyatmayın.
Dostları ilə paylaş: