AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
71
(razılıq, narazılıq, sevinc, kədər, qəm, qəzəb və s.) haqqında məlumatları çatdırır ki,
bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim
rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr
haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-
birilərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat
verə bilərlər.
Ünsiyyətin məqsədinə
gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə
həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların
ünsiyyətə girməsinin
məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya,
təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında
obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər.
Ünsiyyət vasitələri
ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında,
ötürülməsində, işləmə və açılmasında özünü göstərir. İnformasiyaların
kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir.
İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə
və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi
vasitəsilə informasiya
mübadiləsinə daha çox yer verilir. Elm və texnikanın müasir inkişafı ünsiyyət
vasitələrinin daha geniş vüsət əldə etməsinə imkan yaradır.
Bu cür ünsiyyət
vasitələrinə müasir telefon əlaqələrini, kompüter və internet əlaqələrini və s. aid
etmək olar.
Dostları ilə paylaş: