27. Karbohidrogenlərin oksidləşməsi
Karbohidrogenlər kimyəvi çox çətin parçalanan üzvi maddələrə aid olmasına baxmayaraq onlar da mikroorqanizmlərlə parçalana bilirlər. Məlum olmuşdur ki, təbiətdə belə maddələr mikroorqanizmlərdən Arthrobacter, Methylomonas, Methyloсосsus, Pseudomonas, Nocardia, Mусobacterium, maya göbələklərindən Candida və digər göbələklər tərəfindən destruksiya olunurlar. Karbohidrogenlərin alifatik və aromatik birləşmələrinin oksidləşməsi prosesində müxtəlif mikroorqanizmlərin cinsləri və növləri fəal iştirak edirlər. Belə mikroorqanizmlərin fəaliyyəti nəticəsində neftlə çikrlənmiş dənizlər, göllər, torpaq tezliklə zəhərli karbohidrogenli birləşmələrdən təmizlə-nə bilir ki, bunun da bitki və heyvanların həyatında mühüm rolu vardır. Beləliklə, məlum olur ki, torpaqda olan bütün üzvi birləşmələr kimyəvi tərkiblərindən asılı olmayaraq torpaq mikroorqanizmlərinin müxtəlif növlərinin həyat fəaliyyəti nəticəsində parçalanmaya məruz qalır ki, nəticədə CO2 sərbəstləşir, bitkilərin istifadəsinə və atmosferə verilir. Karbohidrogenlərin alifatik və aromatik birləşmələri də vardır ki, onlar da oksidləşməyə məruz qalır.
Dostları ilə paylaş: |