Təbii maddələr əsasən sellüloza hemisellülozak selian, nişasta, fruktonlar, mannanlar, pektin, aqar, xitin, liqnin və s. yanaşı karbohidrogenlərdə aiddir. Sellülozanın aerob və anerob parçalanması - Mikroorqanizmlər sellülozanı parçalanmaqla həm onun minerallaşmasını, həmdə karbon dövranına qaytarılmasında mühüm rol oynayırlar. Sellüloza torpaqda və digər obyektlərdə həm aerob həmdə anerob mikroorqanizmlərin iştiraki ilə parçalanmaya məruz qalır. Aerob torpaq şəraitində sellülozanın parçalanmasında müxtəlif aeorob mikroorqanizmlər – Cellumonas cinsinin növləri, bəzi Pseudomonas, Vibrio və Bacillus cinslərinin növləri, göbələklərdən miksobakteriyalar, əsil bakteriyalar parçalayıb istifadə edirlər. Torpaqda bitki qalıqlarının aeorob parçalanmasında 2dövr nəzərə çarpır. Əvvəlcə Ceilvibrio Myxococcus və b. Bu qalıqların nisbətən asan parçalanan hissəsini, ikinci dövrdə isə çətin parçalanan maddələri Cytophoga, Poliyangium və bəzi göbələklər sadə birləşmələrə parçalayır. Anerob şəraitdə əsasən Clostridium cinsinin növləri iştirak edir. Onlara Torpaq, kompost, peyin, çay lilində və durğun sularda təsadüf edilir. Sellülozanın parçalanması onun hidrolizindən başlanır. Eksoferment depolimeraza və sellülozanın hüceyrədə əmələ gəlməsi ilə sellüloza qlükoza və sellibiora polisaxaridinə parçalanır. Turş torpaqlarda sellülozanın parçalanmasında əsasən göbələklər – fusarium, Cheatomium, Trichoderma , acpergillus və s. cinslərin növləri iştirak edir. Nişasta və digər qlyakanların parçalanması – Nişasta turş hidrolozi zamanı fermentlərin təsiri ilə qlykuzozaya kimi parçalanır. Hüceyrədən xaric nişasta amillaza ilə hidrolitik parçalanmaya məruz qalır. Parçalanma məhsulu olan maltoza ilə yanaşı oliqomerlər əmələ gəlir. Bir çox torpaq göbələkləri fəal amillaza əmələ gətirdiyinə görə sənayedə amilazanın almaq üçün Aspergillus oryaze, A.niger və A.wenti növlərindən istifadə olunur ki, onunla nişasta qlükozaya kimi parçalanır. Bakteriyalar arasında bir çox sporlular – Bac macerans, Bac.polymuxa, Bac.subtilis, Pseudomonadlar müxtəlif streptomisinlərdə nişastanı parçalamağa malikdir. Anerob şəraitdə nişastanın parçalanmasında saxarolotik qabiliyyətli qlostridlər iştirak edir. Fruktanı parçalayan ferment Asp.nigerdən alınmışdır. Beləliklə nişasta və digər qlükanlar mikrobioloji parçalanmaya məruz qalır. Liqnin parçalanması – Bitkilərin oduncağında çoxlu sayda liqnin olur və o bitkinin hüceyrə divarının ikinci qatında toplanır və hüceyrə arası maddələrin əsas kompenentlərindəndir. Liqnin sellüloza və ksilana nisbətən mikroorqanizmlərə qarşı davamlı olub tədricən parçalanır. Onun aeorob parçalanmasında əsasən Basidomysetes sinifinin nümayəndələri, mülayim temperaturlu mühitdə isə Clavaria, Fomes, Polyporus və s. iştirak edir. Liqinin torpaqda tədricən parçalandığına görə onun məhsullarının hamsının əmələ gəlməsində müəyyən rolu vardır. Liqnini parçalayan mikroorqanizmlər texnikada və tikintidə istifadə olunan taxta əşyaların və şalbanların, rütubətli şəraitdə tezliklə xarab olmasına səbəb olur və bununlada böyük ziyan verirlər. Pektinli birləşmələrin parçalanması - Pektin bitki toxumalarında hüceyrəarası maddədir. əsasəndə gilə və çəyirdəkli meyvələrə bu maddə möhkəmlik verir. Bu mürəkkəb polisaxaraiddir. 3 tip pektin vardır. Bakteriyalar və göbələklər protopektin, pektin və pektin turşusunu həm aeorb və həmdə anerob şəraitdə parçalama qabiliyyətinə malikdirlər. Torpağın 1qr da 1 milyondan artıq pektinli maddələri parçalayan mikroorqanizmlər vardır. Xüsusilədə aerob parçalanmada Bacillus cinsinin nümayəndələrindən – Bac.macerans, Bac.polymyxa və Clostridium növlərindən –Cl.pectinovorum, Cl.felsineum və b iştirak edir.