Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Prokariot hüceyrələrin törəməsi barədə bəzi mülahizələr



Yüklə 121,03 Kb.
səhifə2/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları

Prokariot hüceyrələrin törəməsi barədə bəzi mülahizələr

Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən olmasına baxmayaraq, az işlənilmişdir. Ona görə də canlı varlıqların sistemində mikroorqanizmlərin vəziyyəti bu vaxta qədər mübahisəlidir. Bu, bir tərəfdə mikroorqanizmlərin spesifik görünüşə malik olmamaları, quruluşlarının çox sadəliyi və vizual əlamətlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin və sıraların fiziologiyası barədə faktiki materialların nisbətən az olması ilə əlaqədardır. mikroorqanizmlər qrupu çox genişdir. Mikroorqanizmlərə rəngarəng orqanizmlər daxil olduğuna görə, bunların təsnifləşdirilməsi çox vacib məsələlərdən biridir. Bu vaxta qədər müxtəlif alimlərin təsnifatından istifadə olunur. mikroorqanizmlər morfoloji və funksional xüsusiyyətləri ilə bir-birindən kəskin fərqləndiklərinə görə bu orqanizmləri 1 qrupa toplayırlar:1-ci qrup. Fototrofbakteriyalar. Fotosintezedici bakteriyalar olub, xüsusi piqmentlərə malik olmaları və fotosintez prosesini həyata keçirmələri ilə səciyyələnirlər. Göy-yaşıl yosunların və yaşıl bitkilərin fotosintezindən fərqli olaraq bunların fotosintezi zamanı oksigen xaric olmur. sianobakteriyalar – göy yaşıl yosunlar. Bunlara birhüceyrəli, koloniya halında və ya sapşəkilli müxtəlif rəngli yosunlar aiddir. Sianobakteriyaları bakteriyalarla Əlaqələndirən tipik xüsusiyyətlərdən biri onların qılafının daxili hissəsinin mursindən ibarət olması, lizosinə həssaslığı, nüvə maddəsinin hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondri və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onları prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir. Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar durğun sularda, nohurlarda, göllərdə və sakit axan çaylarda da geniş yayılmışdır. Bu yosunlar adətən yay zamanı sürətlə inkişaf edərək suyu bozumtul göy rəngə boyayırlar. Göy yaşıl yosunlar qeyri əlverişli şəraitə çox davamsız olub, qidalara az tələbkardır. Hindistanda, Yaponiyada, Çində bu yosunlardan düyü əkinlərinin məhsuldarlığını artırmaq, yəni torpağı bu orqanizmlərin hesabına azotla zənginləşdirmək üçün istifadə edilir. Sürüşən bakteriyalar- qram-mənfi çöpvari, elastik hüceyrə divarı olan, nazik, hərəkətli  və ya hərəkətsiz formadadır. Bunların əksəriyyəti bərk substrat üzəri ilə sürüşməklə hərəkət edirlər. Növlərin içərisində xemolito avtotrof, xemoorqano heterotrof və miksotrof həyat tərzi keçirənlər üstünlük təşkil edir.
IV şöbə Xlamidobakteriyalar- ümumi selikli örtüklə olunmuş flamentos nümayəndələr bu qrupa daxildir. Suda saplar sərbəst və ya müəyyən substrata yapışmış vəziyyətdə üzür. V şöbə tumurcuqlanan və gövdəcikli bakteriyalar- tək hüceyrəli olub, çoxalmaları yalnız tumurcuqlanma yolu ilə gedir. Bu qrupun bir çox növləri  heterotroflar və bəziləri isə fotosintezedicilərə aiddir. VI şöbə spiroxetlər- qram neqativ, hərəkətli, möhkəm dolanmış bakteriyalardır. Bu bakteriyaların bəziləri xəstəlik əmələ gətirmə qabiliyyətinə malikdir.
VII şöbə spiral və qıvrımlı bakteriyalar- çöp və ya bir neçə qıvrımlı spiral formasında olur.Hərəkətli , sporsuz, qram pozitivdirlər. VIII şöbə qram-mənfi aerob çöplər və koklar- qram neqativ, təkhüceyrəli, düzgün və ya azca əyilmiş, polyar qamçıları olan və ya olmayan aerobdurlar. IX şöbə qram-mənfi fakultativ anaerob çöplər-qram-mənfi hərəkətli, hərəkətsiz, spor əmələ gətirməyən  aerob və ya anaerob fakultativ çöplərdir.
X şöbə qram-mənfi anaerob bakteriyalar- Bactoroidaceae fəsiləsinə daxil olan bu növ bakteriyalar düz formalı, sporsuz, hərəkətli və ya hərəkətsiz, obliqat anaerob orqanizmlərdir. XI şöbə qram-mənfi kokklar və kokkobasillər-hərəkətsiz kokklar və ya çöplər daxildir. Bunlar cüt zəncir  və ya topa təşkil edirlər və aerobdurlar. XII şöbə qram-mənfi kokklar –Keillonellaceae fəsiləsinə aiddir. Cüt, bəzən zəncir formalı və ya topa hüceyrələrindən ibarət olub, yalnız quşlar və məməli heyvanlarda parazitlik edir.
XIII şöbə metan əmələ gətirən bakteriyalar-Methanobacteriaceae fəsiləsinə daxil olub hamısı anaerobdur və qıcqırmanın son məhsulu kimi metan əmələ gətirir. XIV şöbə qram-müsbət kokklar- bu bakteriyalar qram boyama nəticəsində göy rəng alırlar. Bu bakteriyaların hüceyrə divarında çoxlu miqdarda qlikopeptid olur. XV şöbə endospor əmələ gətirən bakteriyalar-torpaq mikroorqanizmləridir. Endospor əmələ gətirmə qabiliyyəti, qida səviyyələri, istilik və su təsirlərinə davamlı dəyişən torpağı özünə yer etmiş bir mikroorqanizm  üçün olduqca  əlverişlidir.
XVI şöbə  qram müsbət asporogen çöpvari bakteriyalar-Süd turşusunda qıcqırma əmələ gətirən növlər Lactobacillaceae qrupunda toplanmışdır. Patogenlik xüsusiyyətinə malikdir. XVII şöbə aktinomisetlər- onlar mycelium adlanan qollara ayrılmış quruluş əmələ gətirir. Spor əmələ gətirmək xüsusiyyətinə malikdir. XVIII şöbə xlamidilər-parazit bakteriyalarıdır. Xemoorqanotroflar olub, aerobdurlar.
XIX şöbə mycoplazmalar- hüceyrə çəpərinin olmaması ilə xarakter olan bu prokariot mikroorqanizmlər  daha çox polimorf  göstərirlər. XX şöbə rikketsilər- kirkipləri yoxdur və hərəkətsizdirlər.

Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin