Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı



Yüklə 121,03 Kb.
səhifə9/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
mikro imtahan sualları

9. Bakteriofaqlar

Bakteriyaların viruslarla yoluxmasından əmələ gələn canlılara bakteriofaqlar (lat. bacteriohaga - bakteriyaları dağıdan) deyilir. Viruslara yaxın orqanizmlərdən olub ilk dəfə, 1898-ci ildə N.F.qamaleya tərəfindən kəşf edilmişdir. O, bakteriyaların naməlum amil tərəfindən quruluşunun itirildiyini müşahidə etmiş və bunu bakteriolizin adlandırmışdır. İngilis bakterioloqu Tvort isə 1915-ci ildə stafilokokkların koloniyasının görünüşünü dəyişən yoluxucu amili – faqı müşahidə etmişdir. Kanada bakterioloqu D’Errel qanlı ishal çöplərini yoluxduran bakteriofaqı kəşf etmişdir. Tədqiqatlar göstərmişdir ki, bir çox mikroorqanizmlərin özlərinə məxsus faqları mövcuddur. Bakteriyaların faqları bakteriofaq, şüalı göbələklərin faqı isə akrinofaq adlanır və s. Bakteriofaq üç formada olur. Onlar yetkin faq, profaq və vegetativ faq adlanırlar. Yetkin faq maddələr mübadiləsi aparmır, bakteriyaya toxunaraq hüceyrə tərəfindən adsorbsiya olunur. Sonra isə bakterial hüceyrənin əriməsi nəticəsində faqlar sərbəstləşir və yetkin faqlara çevrilirlər. Profaq isə sahib hüceyrəni tələf etmir, əksinə onunla müştərək həyat keçirir. Profaq çoxalaraq onu dağıdır və vegetativ formaya keçir. Hüceyrə üçün qeyri əlverişli şəraitdə profaqı daşıyan kultura lizogen adlanır və təbiətdə bakteriofaqlar belə kulturalarda öz nəsillərini qoruyub saxlayırlar. Bakteriofaqlar vəba, qarın yatalağı, qanlı ishal, difteriya və s. xəstəliklərdə müalicəvi təsir göstərir. Onlardan cərrahiyyədə də istifadə oluna bilər. Kimyəvi tərkibinə görə faqlar zülal, nuklein turşuları və lipidlərdən ibarətdirlər. Onlar viruslar kimi yalnız canlı hüceyrələrdə yaşayıb çoxalırlar.







Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin