Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Fiziki amillərin mikroorqanizmlərə təsiri



Yüklə 121,03 Kb.
səhifə11/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
mikro imtahan sualları

11. Fiziki amillərin mikroorqanizmlərə təsiri

Mikroorqanizmlərin inkişafına təsir edən fiziki amillərə rütubət, temperatur, şüa enerjisi, ultrasəs, qidalı mühitin qatılığı, osmotik və hidrostatik təzyiq, elektrik cərəyanı və s. aiddir. Rütubətin təsiri. Su mikroorqanizmlərin həyatında mühüm amillərdəndir. Mikroorqanizmlərə qida maddələrinin daxil olması və qalıq maddələrinin hüceyrədən kənar edilməsi üçün mühitdə sərbəst su olmalıdır. Rütubət çox az olduqda, mikrobların metabolizmi ləngiyir, sonra isə dayanır. Mikroorqanizmlər rütubətə olan həssaslığı ilə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə mikroorqanizmləri üç qrupa bölmək olar: 1.Rütubətə çox həssas olanlar (hidrofil) – buraya sirkə turşusu bakteriyaları, nitratlaşdırıcı bakteriyalar, azotobakterlər, bir çox kif göbələkləri və s. aid edilir. 2. Nisbətən az rütubətli mühit sevənlər (mezofil) – Məsələn, vərəm çöpləri, bəzi aktinomisetlər, göbələklər. 3. Quraqlığa davamlı mikroorqanizmlər (kserofil). Mühit temperaturunun təsiri. Mühit temperaturu – mikrobların həyatına təsir edən ən mühüm amillərdən biridir. Hər bir mikroorqanizm müəyyən temperatur həddində inkişaf edə bilir. Onların inkişafı üçün ən aşağı temperatur minimal, ən yüksək temperatur – maksimal, ən fəal inkişafı üçün olan temperatur isə optimal temperatur adlanır. Mikroorqanizmləri temperatura həssaslığına görə üç qrupa psixrofil, mezofill və termofillərə bölürlər. 1) Psixrofillərə inkişafı aşağı temperatura uyğunlaşmış mikroorqanizmlər aiddir. Bunlar üçün minimal temperatur -10°C-dək, optimal 10°-15°C-dək, maksimal 20-30°C-dir. 2) Mezofill mikroblar orta temperaturu sevənlərdir. Minimal temperatur 0°C-dən +10°C, optimal 25-35°C, maksimal 40-50°C-dir. 3) Termofil mikroorqanizmlər nisbətən yüksək temperaturda inkişaf edirlər. Onlar üçün minimal temperatur +30°C, optimal 50-60°C, maksimum 70-80°C-dir. İşığın təsiri. İşığın tərkibində müxtəlif şüalar olduğu üçün, o əksər mikroblara öldürücü təsir göstərir. Xüsusən, qısadalğalı ultrabənövşəyi şüalar kəskin bakteriosid təsirə malikdirlər. Ultrabənövşəyi şüalardan suyun, südün, materialların sterilizasiyasında istifadə olunur. Osmotik təzyiqin təsiri. Mühitin osmotik təzyiqinin mikroorqanizmlərin həyatında mühüm rolu vardır. Osmotik təzyiq mühitdə həll olan maddələrin qatılığı ilə yaranır. Qatılıq artıq olduqda, bu təzyiq yüksək olur. Osmotik təzyiq nə qədər yüksək olarsa, suyun fəallığı və onun hüceyrəyə daxil olması bir o qədər az olur. Hidrostatik təzyiq. Zülallar çox yüksək hidrostatik təzyiqdə (10000 atm.)parçalanırlar. Mikroorqanizmlərin hidrostatik təzyiqə həssaslığı müxtəlifdir. Elə bakteriyalar var ki, onlara ən kiçik atmosfer təzyiqi belə təsir göstərir. Lakin bunlarla yanaşı, mikroorqanizmlər arasında yüksək atmosfer təzyiqinə uyğunlaşmış növlər də məlumdur. Belə mikroorqanizmlərə barofillər adı verilir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin