Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Mikroorqanizmlərin becərilməsi



Yüklə 121,03 Kb.
səhifə14/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
mikro imtahan sualları

14. Mikroorqanizmlərin becərilməsi

Mikroorqanizmlərin müxtəlif üsüllarla becərilmə texnologiyası ümümi olub 3 əsas mərhələdən ibarətdir: 1)qida mühütinin hazırlanması və sterilizə olunması


 2)inokulyatın alınması ilə gedən fermentasiya . 3)əsas fermentasiya (qida mühüti ilə inokulyatın birləşdirilməsi) Səthi fermentasiya. Mikroorqanizmlərin səthi fermentasiyası 2 formada duru və bərk qida mühütləri səthində aparılır. Mikroorqanizmlərin duru qida mühiti səthində becərilməsi sənayədə limon üzvi turşusunun alınmasında geniş tədbiq edilir. Prosesdə göbələk kulturası stasionar duru qida mühiti səthində becərilir. Limon turşusunun sintezində ən səmərəli substrat kimi melassa işlədilir. Bərk fazalı fermentasiya. Nəmləndirilmiş bərk substrat üzərində kulturanım becərilmə prosesinə bərk fazalı fermentasiya deyilir. Bərk fazalı fermentasiyanın 3 tipi məlumdur:1)nazik təbəqədə gedən fermentasiya və ya səthi fermentasiya. Substrat layının qalınlığı 3-7 sm-də çox olmur və subsrtat qarışdırılmır, fermentasiya dəmir və ya ağacdan hazırlanmış tava və ya saclarda aparılır; 2)qalın təbəqədə gedən fermentasiya. Bu halda göbələk kulturasının substratın bütün qatlarında bitməsi üçün hava xüsusi qurğu vasitəsi ilə bütün laylara verilir və substrat qarışdırılmır. Subsrtat layının qalınlığı 0,6-1,5m olur. Fermentasiya gedən qarışığın laylarını oksigenlə təmin etmək üçün hər iki tərəfdən təziqlə hava üfürülür. 3)substratın qarışdırılması ilə gedən fermentasiya. Bərk substrat səthində becərilmənin əsas şərtlərində biridir substratın rütubətliyidir. Rütubətlik aşağı olduqda hüceyrələr tərəfindən qida maddələrin mənimsənilməsi prosesi və çoxalma zəifləyir, yuxarı olduqda isə mühitdə hissəciklər sıxlaşır, aerasiya və hüceyrələrin biokimyəvi fəallığı azalır. Hüceyrələrin bu üsulla becərilməsi üçün 58-60% optimal rütubət tələb olunur. Yem kimi yaramayan müxtəlif bitki qallıqlarını mikrob zülalı ilə zəngin olan yemə çevirdikdə bərk fazalı fermentasiyadan istifadə edilir. Dərin fermentasiya. Mikroorqanizmlərin qida mühütünün dərinliyində becərilməsi fasiləli və fasiləsiz şəkildə həyata keçirilir. Sənayədə məhz fasiləli və fasiləsiz  gedən dərin fermentasiyalar geniş tətbiq olunur. Temperatur. Mikrobların qidalı mühitdə çoxalması üçün, müvafiq temperatur şəraiti yaratmaq lazımdır. Patogen mikrobların çoxu insan bədəninin temperaturunda yaxşı çoxalır. Buna görə də hər bir bakterioloji laboratoriyalarda həmişə termostat, yaxud termostat otaqları olur ki, burada mikroblar müəyyən bir daimi temperaturda yetişdirilir. Termostatlarda temperatur xüsusi qurğular - istilik tənzimləyiciləri vasitəsilə avtomatik tənzim edilir. Rütubət. Mikroorqanizmlərin becərilməsində rütubət də mühüm amillərdən biridir. Rütubətsiz mühitdə mikroorqanizmlərin inkişafı mümkün deyildir. İşıq. Mikroorqanizmlərin əksəriyyətinə becərilən zaman işıq lazım deyildir. Günəş şüaları bir çox mikroorqanizmlərin inkişafına mənfi təsir göstərir, buna görə də mikroorqanizmlər qaranlıq termostatlarda becerilir. Lakin tərkiblərində rəngli piqmentlər olan mikroorqanizmlər işıqlı mühitdə yetişdirilir və bu zaman işıq mənbəyi kimi, adətən, gücü 70-100 V olan elektrik lampalarından istifadə edilir.
Becərilmə müddəti. Patogen mikroorqanizmlərin əksəriyyəti qidalı mühitlərdə 37⁰ C temperaturda 18-24 saat müddətində becərilir. Bəzi növ mikroorqanizmlər isə gec (4-6 həftə) inkişaf edir. Belə hallarda rütubətliliyi saxlamaq üçün tənzif-pambıq tıxaclar steril rezin tıxaclarla əvəz edilir. Aerasiya. Tənəffüsün tipinə görə bütün mikroorqanizmlər aerob və anaerob qruplara bölünür. Bu qrup mikrobların becərilməsi ayrı-ayrı şəraitdə aparılır. Aerob və fakultativ anaerob mikrobların becərilməsi üçün zəruri olan oksigenin daxil olması passiv və aktiv aerasiya vasitəsilə həyata keçirilir, Passiv aerasiya içərisində maye və bərk qidalı mühit olan ağzı pambıq tənzif tıxacla bağlanmış qablarda və ya Petri kasasında becərmədir. Anaerob mikroorqanizmlərin becərilməsi nisbətən mürəkkəbdir. Bu zaman tam oksigensiz şərait yaratmaq lazımdır. Buna görə qidalı mühitdən də oksigen xaric olunmalıdır.


Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin