Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Maddələrin natamam oksidləşməsi



Yüklə 121,03 Kb.
səhifə21/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
mikro imtahan sualları

21. Maddələrin natamam oksidləşməsi

Bir çox mikroorqanizmlər öz tənəffüsləri zamanı üzvi qidalı maddələri CO2suya qədər oksidləşdirirlər ki, bu da Tam oksidləşmədir. Lakin natamam oksidləşmədə həmin üzvi maddələr oksidləşən üzvi maddələrə çevrilir. Məsələn, sirkə, qlyukon, fumar, limon və s. kimi turşulara. Məlumdur ki, süfrə çaxırı açıq qaldıqda tezliklə turşuyur, yəni çaxır sirkəyə çevrilir. Bu sirkə turşusu bakteriyaları ilə əlaqədardır. Onların fəaliyyəti nəticəsində etil spirti sirkə aldehidinə, sonra isə sirkə turşusuna qədər oksidləşir. Natamam oksidləşmə prosesi bakteriyalar üçün enerji cəhətcə əlverişlidir. Spirt oksidləşdikdən sonra bu bakteriyalar alınan məhsulu CO2 və suya qədər parçalayır. Etil spirtini oksidləşdirən bakteriyalara təbiətdə hər yerdə təsadüf edilir, onlara havada tozla birlikdə, yetişmiş meyvələr üzərində, turşudulmuş meyvə və tərəvəz məhsullarında rast gəlmək olur. Bu prosesdə Acetobacter cinsinə mənsub olan bakteriyalar iştirak edir. Bunlardan A.pasteurianum, A.aceti, A.orleanense, A.Xylimum, A.schutzenbachii və s. göstərmək olar. Aerob tənəffüs və qıcqırma proseslərində göstərilmişdir ki, bir çox mikroorqanizmlər bu və ya digər üzvi maddələri aerob şəraitdə tam oksidləşdirmir, nəticədə oksalat, limon, kəhrəba, alma, koye, qlükon və s. turşular əmələ gəlir. Belə proseslər oksidləşdirici «qıcqırmalar» adlanır və onları əsasən göbələklər törədir. Göbələklərdən Mucor, Rhizopus cinslərinin növləri şəkəri kəhrəba, fumar, süd turşuları və etil spirtlərinə, Aspergiilus və Pencillium cinslərinin nümayəndələri isə qlükon, oksalat və limon turşularına qədər oksidləşdirir. Prosesdə qlükon turşusunun əmələ gətirdiyi qlükonoksidaza fermenti mühüm rol oynayır. Oksaloasetathidrogenazanın köməyi ilə sirkə turşusun-dan quzqulağı turşusu əmələ gəlir. Amin turşularını 1957-ci ildə Kinosita tərəfindən ayrılmış Corynebacterium qlutamicum-dan alınmışdır. Bu bakte-riya L-qlütamin turşusunu əmələ gətirir. Praktiki əhəmiyyətə malik olan limon turşusunun mik-roorqanizmlərin iştirakı ilə əldə edilməsi çox sadə yolla başa gəlir. Əvvəllər limon turşusunu tərkibində 7-9% bu turşu olan limon bitkisinin meyvəsindən, cır meyvələrdən alırdılar. Sonralar S.P.Kostıçev və V.S.Butkeviçin tədqiqatları ilə məlum oldu ki, limon turşusunu zavod miqyasında Asper niger göbələyinin iştirakı ilə saxarozadan almaq olar.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin