52.Fosforlu birləşmələrin mikrobioloji çevrilmələri
Bitki və heyvani qalıqların tərkibində olan fosfor torpağa düşdükdən sonra müxtəlif biokimyəvi proseslərə uğrayır. Bu elementin torpaqdakı çevrilmə prosesi iki yolla gedir: üzvi fosforun minerallaşması və çətin həll olan fosforlu birləşmələrin asan həll olan formaya keçməsi. Üzvi fosforun minerallaşması prosesində çürümə əmələ gətirən mikroorqanizmləri, xüsusilə sporlulardan Bac. megaterium. Bac. mesentericus və sporsuz bakteriyalardan Pseudomonas. Micrococcus, Mycobacterium cinsinin növləri mikroskopik göbələklərdən Aspergillus, Penicillum, Rhizopus, Trichothecium, Alternaria va s. cinslərinin növləri, bəzi aktinomisetlər və s. iştirak edir. Üzvi fosfor birləşmələrinin parçalanmasından əmələ gələn fosfat turşusu tezliklə torpaqda olan Ca, Mg, Fe, Al elementləri ilə birləşib, çətin həll olan duzlara çevrilir. Beləliklə də bitkilər üçün az yararlı olur, lakin torpaqdakı mikroorqanizmlərin iştirakı ilə gedən müxtəlif biokimyəvi turşu əmələ gətirən proseslər nəticəsində fosfatlar suda həll olan formaya keçir, mənimsənilən şəklə düşür. Belə mikroorqanizmlərdən nitratlaşdırıcı, kükürd mənimsəyən bakteriyaları, tion bakteriyalarını misal göstərmək olar.
Dostları ilə paylaş: |