393) Tuberkulin sınağına dair hansı tezis düz deyil?
A) 10 mm artıq olan papula müsbət sayılır
B) Tuberkulinin təkrar yeridilməsi mənfi sınağı müsbət sınağa çevirməsinə imkan yaradır
C) Sınağın diaqnostik əhəmiyyətindən daha çox epidemioloji əhəmiyyəti vardır
D) Mənfi nəticə vərəm prosesinin olmamasını təsdiqləmir
E) Tuberkulinin dərialtı yeridilməsi (Mantu sınağı) geniş yayılmışdır
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г. В.Д. Тимаков «Микробиология»,1983г.
394) Vərəmə qarşı preparatlardan hansı birinci sıranın dərmanıdır?
A) Biomisin
B) Sikloserin
C) Kanamisin
D) İzoniazid
E) Kapreomisin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
395) Meninqokokkların virulentliyinin əsas faktoru hansıdır?
A) Hüceyrədə yaşamaq qabiliyyəti
B) Xarici membranın proteinləri
C) Kapsulanın antifaqositar əlamətləri
D) Endotoksinin lipopolisaxaridi (LPS)
E) Yapışmağın səbəbi olan tükcüklər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
396) Meninqokokk xəstəliklərinin qeneralizə olunmuş formaları zamanı müşahidə olunan ləkəli səpgilərin səbəbi nədir?
A) Zülallı ekzotoksin
B) Kapsulyar polisaxaridlər
C) Lipopolisaxaridlər
D) Xarici membranın proteinləri
E) Hialuronidaza
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
397) 5 yaşından aşağı olan uşaqlarda meningitləri meninqokokkların hansı ştamları törədir?
A) X seroqrupun ştamları
B) Heç biri
C) B seroqrupun ştamları
D) C seroqrupun ştamları
E) A seroqrupun ştamları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
398) Difteriya zamanı əmələ gələn difteritik pərdəlikləri xarakterizə edən hansı əlamətlər vardır?
A) Əmələ gəlməsi üçün 2 toksin lazımdır
B) Bütün qeyd olunan əlamətlər
C) Qırtlağa qədər yayıla bilər,ağız-udlağın epiteliynə sıx yapışıb
D) Xəstəliyin paroksizmal mərhələsi zamanı əmələ gəlir
E) Əmələ gəlməsi üçün 1 toksin yetərlidir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
Dostları ilə paylaş: |