517) Hemolitik aktivliyi olan, koaqulaza-müsbət stafilokokk hansıdır?
A) S.aureus
B) S.hominis
C) S.hyicus
D) S.intermedius
E) S.saprophyticus
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
518) "Stafilococcus aureus"," S.intermedius"," S.hyicus" növləri hansı eyni xüsusiyyətə malikdirlər?
A) Piqmentin əmələ gəlməsinə görə
B) Bütün qeyd olunanlara görə
C) Toksinin əmələ gəlməsinə görə
D) Plazmanı koaqulasiya etmək qabiliyyətinə görə
E) Asetonun əmələ gəlməsinə görə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
519) Epidermal stafilokokklara hansı xüsusiyyətlər xasdır?
A) Qlükozanın və mannitin parçalanması
B) Mannitin və treqalozanın parçalanması
C) Yalnız mannozanın parçalanması
D) Yalnız fosfotazanın olması
E) Fosfatazanın olması, mannozanın və qalaktozanın parçalanması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
Dostları ilə paylaş: |