532) Meningitlər zamanı hansı materialı tədqiq etmirlər?
A) Likvoru
B) Qanı
C) Qanın plazmasını
D) Sidiyi
E) Əsnəkdən yaxmanı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
533) Açıq yaradan yaxmaların ilkin bakterioloji tədqiqatı zamanı hansı mühitlər tətbiq edilir?
A) Duru mühitlər
B) Bütün qeyd olunanlar
C) Yarım duru mühitlər
D) Bərk mühitlərlə zənginləşdirici mühitlər paralel olaraq
E) Bərk mühitlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
534) Piosianin piqmenti hansı mikroblarda vardır?
A) Difteriya
B) Göy-irin çöpləri
C) Qara yara (antraks)
D) Taun
E) Vəba
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
535) Pnevmokokkların infeksiya rezervuarı hansıdır?
A) Su
B) İnsan, heyvan
C) Torpaq
D) Heyvanlar
E) İnsan
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
Dostları ilə paylaş: |